İş haqqında:
Novator HRC təmizlik vasitələri, dezinfeksiya məhsulları və təmizləmə avadanlıqlarının satışını genişləndirdiyi üçün komandasına motivasiyalı texnik axtarılır.
Vəzifə öhdəlikləri:
- Texniki avadanlıqların quraşdırılması və sazlanması
- Avadanlıqların gündəlik texniki baxışının aparılması
- Yaranan texniki nasazlıqların diaqnostikası və aradan qaldırılması
- Profilaktik texniki xidmət işlərinin həyata keçirilməsi
- Təhlükəsizlik qaydalarına uyğun işləmək
Tələblər:
- Şəxsi avtomobilin olması şərtdir
- Texniki sahə üzrə orta ixtisas və ya ali təhsil
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi
- Texniki avadanlıqlarla işləmə bacarığı
- Problemləri analiz etmə və operativ həll etmə bacarığı
- Komandada işləmə və məsuliyyətlilik
İş şərtləri:
- Əmək haqqı 800 AZN (başlanğıc)
- Həftədə 1 gün istirahət
- Real yüksəliş imkanı
- Dəstəkləyici komanda və stabil portfel
- Nahar şirkət tərəfindən verilir
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.