Şirkət: Qəbələ Konserv Zavodu
İş yeri: Bakı
Əsas öhdəliklər:
- Yeni qida və içki məhsulları üzrə bazar, istehlakçı və dad trendlərinin araşdırılması
- Yeni məhsullar üçün reseptura, formulasiya və texniki spesifikasiyaların hazırlanmasının təşkil edilməsi (zavodlarla birgə)
- Mövcud məhsulların dad, tekstura, görünüş, xərclər və funksional xüsusiyyətlər baxımından optimallaşdırılması və təkmilləşdirilməsi
- Daxili dad testlərinin və sensor panel testlərinin təşkili, icrası və təhlili
- Laboratoriya şəraitində reseptura sınaqları və analizlərin aparılmasının təşkili; Dad balansı, sabitlik və keyfiyyət göstəricilərinə əsasən resepturanın tənzimlənməsi
- Ar-Ge (Research and Devolopment) fəaliyyəti üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
Namizədə dair tələblər:
- Təhsil – Ali (Qida / Kimya / Sənaye mühəndisliyi)
- İş təcrübəsi – Sahə üzrə minimum 3 il
- Dil bacarıqları: Azərbaycan dili (Səlis); İngilis (orta); Rus dilləri (orta)
- Kompüter bilikləri: MS Office
Əlavə tələb:
- Qida məhsullarının formulyasiya prinsipləri və dad balansı üzrə biliklər
- Laboratoriya analizlərin nəticələri və sınaq prosedurları ilə işləmək bacarığı
- Reseptura və texniki sənədlərin hazırlanması
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “Məhsul araşdırma və inkişaf etdirmə üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.