Müəssisə: “Qəbələ Konserv Zavodu” MMC
İş yeri: Bakı şəhəri, Yasamal rayonu
Vəzifə öhdəlikləri:
- Satınalma proseslərinin tələbin qəbulundan müqavilələrin bağlanması və məhsul/xidmətlərin vaxtında təhvil alınmasına qədər tam idarə olunması və nəzarətdə saxlanılması.
- Təchizatçıların araşdırılması, qiymətləndirilməsi və seçilməsi, alternativ təchizatçı bazasının formalaşdırılması, qiymət və kommersiya şərtləri üzrə danışıqların aparılması.
- Satınalma komandasının fəaliyyətinin koordinasiya edilməsi, iş bölgüsünün təşkil olunması, icra göstəricilərinin izlənilməsi və performansın qiymətləndirilməsi.
- Ehtiyat səviyyələrinin və material tələbatının təhlil edilməsi, təchizat risklərinin müəyyənləşdirilməsi və fasiləsiz təchizatın təmin olunması üçün qabaqlayıcı tədbirlərin həyata keçirilməsi.
- Satınalma büdcəsinə nəzarət edilməsi, xərclərin optimallaşdırılması imkanlarının müəyyənləşdirilməsi, qənaət təşəbbüslərinin həyata keçirilməsi və müntəzəm hesabatların hazırlanması.
Tələb:
- Ali təhsil (İqtisadiyyat, Biznesin idarə olunması, Maliyyə, Təchizat, Logistika və ya əlaqəli sahələr üzrə üstünlük verilir).
- Müvafiq sahə üzrə minimum 5 il
- Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı, Rus dili biliyi – yaxşı səviyyədə, İngilis dili orta səviyyədə
- MS Office proqramları, 1C və ERP sistemləri ilə işləmə bacarığı
Əlavə tələb:
- Güclü danışıqlar aparmaq və maraqlı tərəflərlə düzgün ünsiyyət qurmaq bacarığı
- Analitik düşüncə və hesabatlarla işləmək bacarığı
- Komandanı yönləndirmək, məsuliyyət bölgüsü aparmaq və nəticəyə fokuslanmaq bacarığı
Əlavə məlumatlar:
- İş qrafiki: 5 günlük iş həftəsi;
- İş yeri: Bakı şəhəri, Yasamal rayonu
- Könüllü Tibbi sığorta
- Korporativ nömrə
- Peşəkar təlimçi tərəfindən təlimlər
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “Satınalma üzrə baş mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.