Novex Group Novex Group
  • 510

Texniki şöbənin rəhbəri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Texniki şöbənin rəhbəri

  • Deadline 9 Oktyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Müəssisə: Qəbələ Konserv Zavodu MMC

İş yeri: Qəbələ şəhəri

İşin təsviri:

  • Zavodda mövcud olan bütün maşın, avadanlıq, dəzgah və qurğuların texniki pasportlarının və ehtiyat hissələrinin uçotunu və təminatını həyata keçirmək;
  • Xaricdən satın alınan avadanlıq və ehtiyat hissələrinin qəbul, yoxlama və texniki uyğunluq proseslərində iştirak etmək;Avadanlıqların istismar müddətlərini nəzərə alaraq ehtiyat hissələr üçün minimum anbar qalıqlarını müəyyən etmək, stok səviyyələrinə nəzarət etmək və zərurət yarandıqda sifarişlərin verilməsini təmin etmək;
  • Zavod üçün alınan dizel yanacağının keyfiyyətinə və qəbul prosesinin düzgün aparılmasına nəzarət etmək;
  • Müəssisənin texniki siyasətinin formalaşdırılmasında iştirak etmək, texniki inkişaf, modernizasiya və rekonstruksiya istiqamətlərini müəyyənləşdirmək;İstehsal prosesinin texniki hazırlıq səviyyəsini yüksəltmək, məhsul keyfiyyətinin və etibarlılığının artırılması, maliyyə, material və əmək itkilərinin azaldılması istiqamətində tədbirlər həyata keçirmək;
  • İstehsal fondlarının və resursların səmərəli istifadəsini təmin etmək, yeni texnologiyaların tətbiqi, texniki-təşkilati tədbirlər, elmi-tədqiqat və rekonstruksiya layihələrinin hazırlanması və icrasına rəhbərlik etmək;
  • Elmi-texniki yeniliklərin, sınaqların və təkmilləşdirmə təşəbbüslərinin istehsalatda tətbiqini təşkil etmək, işçilərin innovativ təşəbbüslərini dəstəkləmək;
  • İstehsal olunan məhsulların təhlükəsizliyinə nəzarət etmək və bu sahədə müəyyən edilmiş tələblərin yerinə yetirilməsinə görə məsuliyyət daşımaq.

Tələblər:

  • Təhsil – Ali təhsil
  • Texniki və ya istehsalat sahəsində minimum 13-15 il, rəhbər vəzifədə isə minimum 5 il iş təcrübəsi
  • Azərbaycan dilini səlis bilmək, rus və ingilis dillərini bilmək üstünlükdür
  • MS Office proqramları və 1C ERP sistemləri ilə işləmək bacarığı;
  • Sahə üzrə beynəlxalq standartlar və yerli qanunvericilik tələbləri barədə biliklər
  • Güclü analitik düşünmə və strateji planlaşdırma bacarığı
  • Komandanın effektiv idarə edilməsi və liderlik bacarıqları

İş şərtləri:

  • İş qrafiki: 5 günlük iş həftəsi;
  • İş saatları: 09:00 – 18:00;
  • Könüllü tibbi sığorta;
  • Təlim və inkişaf imkanları.

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “Texniki şöbənin rəhbəri - QKZ” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

  • Daily109
  • Weekly247
  • Monthly1967