Novex Group Novex Group
  • 417

Yerli Satınalmalar üzrə Komanda Rəhbəri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Yerli Satınalmalar üzrə Komanda Rəhbəri

  • Deadline 25 Mart 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Müəssisə: “Qəbələ Konserv Zavodu” MMC

İş yeri: Bakı şəhəri, Binəqədi rayonu

Vəzifə öhdəlikləri:

  • Yerli satınalma proseslərinin başlangıcdan sona qədər idarə olunması (tələbin qəbulundan müqavilənin bağlanması və təhvilin nəzarətinə qədər).
  • Təchizatçıların araşdırılması, seçilməsi və alternativ bazanın formalaşdırılması; qiymət danışıqlarının aparılması.
  • Yerli satınalma komandasının iş bölgüsünün təşkili, gündəlik nəzarət və nəticələrin qiymətləndirilməsi.
  • Anbar qalığı risklərinin təhlili və çatışmazlıqların qarşısının qabaqlayıcı tədbirlərlə alınması.
  • Büdcəyə nəzarət, xərclərin optimallaşdırılması və qənaət göstəricilərinin müntəzəm hesabatı.

Tələb:

  • Ali təhsil (İqtisadiyyat, Biznesin idarə olunması, Maliyyə, Təchizat, Logistika və ya əlaqəli sahələr üzrə üstünlük verilir).
  • Müvafiq sahə üzrə minimum 5 il, minimum 2 il komanda idarəetmə təcrübəsi
  • Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı, Rus dili biliyi – yaxşı səviyyədə, İngilis dili orta səviyyədə
  • MS Office proqramları, 1C və ERP sistemləri ilə işləmə bacarığ

Əlavə tələb:

  • Güclü danışıqlar aparmaq və maraqlı tərəflərlə düzgün ünsiyyət qurmaq bacarığı
  • Analitik düşüncə və hesabatlarla işləmək bacarığı
  • Komandanı yönləndirmək, məsuliyyət bölgüsü aparmaq və nəticəyə fokuslanmaq bacarığı

Əlavə məlumatlar:

  • İş qrafiki: 5 günlük iş həftəsi;
  • İş yeri : Bakı şəhəri, Binəqədi rayonu
  • Könüllü Tibbi sığorta
  • Nahar
  • Korporativ nömrə
  • Peşəkar təlimçi tərəfindən təlimlər

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “Yerli Satınalmalar üzrə Komanda Rəhbəri” qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərsiniz.

  • Daily0
  • Weekly487
  • Monthly2377