AI və Rəqəmsal Texnologiyalar üzrə Mütəxəssis

  • Истекает 9 октябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İş şəraiti

  • İş yeri: Abşeron rayonu Əliağa Vahid 1B (Masazır dairəsi)
  • İş qrafiki 5 günlük iş həftəsi, 09:00-18:00-a dək
  • Əmək haqqı: Namizədin bilik və bacarığına uyğun olaraq təyin olunacaq.
  • Nahar fasiləsi: 13:00-14:00,
  • Nahar müəssisə tərəfindən təmin edilir.

Əsas vəzifələr:

  • Süni intellekt texnologiyalarından istifadə etməklə şirkətin müxtəlif rəqəmsal və kreativ layihələrinin hazırlanması;
  • AI vasitəsilə veb-saytların hazırlanması, yenilənməsi və inkişaf etdirilməsi;
  • Hazır saytların dizaynının, funksionallığının və istifadəçi təcrübəsinin təkmilləşdirilməsi;
  • AI vasitəsilə foto, video, reklam çarxları, animasiyalar, bannerlər, sosial media kontentləri və digər vizual materialların hazırlanması;
  • Məhsul şəkillərinin AI ilə yaradılması, dəyişdirilməsi və peşəkar şəkildə redaktə olunması;
  • Sosial şəbəkələr üçün kreativ Reels, Story, post və reklam materiallarının hazırlanması;
  • Şirkətin müxtəlif layihələri üçün AI-dan istifadə etməklə təqdimatlar, mətnlər, dizaynlar və digər rəqəmsal materialların hazırlanması;
  • AI vasitəsilə iş proseslərinin avtomatlaşdırılması və şirkətin iş effektivliyinin artırılması;
  • Yeni AI proqramlarını, platformalarını və texnologiyalarını araşdırmaq və iş prosesinə tətbiq etmək;
  • Texniki və kreativ tapşırıqları AI alətlərindən istifadə etməklə müstəqil şəkildə həll etmək;
  • Ehtiyac olduqda sadə proqramlaşdırma və kodlaşdırma işlərini AI dəstəyi ilə həyata keçirmək;
  • Şirkətin veb, sosial media, reklam və digər rəqəmsal layihələrində texniki dəstək göstərmək.

Namizədə əsas tələblər:

  • Süni intellekt alətləri ilə işləmək üzrə güclü praktiki bacarıq;
  • AI-dan istifadə etməklə *sıfırdan sayt hazırlaya bilmək*;
  • HTML, CSS, JavaScript və müasir web texnologiyaları barədə anlayış;
  • ChatGPT, Claude, Gemini, GitHub Copilot və digər AI platformalarından effektiv istifadə bacarığı;
  • Photoshop, Canva, CapCut, Premiere Pro və digər dizayn/video proqramlarında işləmək bacarığı üstünlükdür;
  • AI vasitəsilə foto və video generasiya edə bilmək;
  • Kreativ düşüncə və güclü vizual zövq;
  • Yeni proqram və texnologiyaları sürətli öyrənmək bacarığı;
  • Problemləri müstəqil şəkildə araşdırıb həll edə bilmək;
  • Portfolio təqdim etmək.

Komandamıza uyğun olan  namizədlər vakansiya ilə əlaqədar “CV”–lərini mövzu hissəsində vəzifə adını “AI və Rəqəmsal Texnologiyalar üzrə Mütəxəssis” qeyd etməklə, Müraciət et düyməsində qeyd olunan elekton ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly363
  • Monthly844