Əsas vəzifə öhdəlikləri:
- Müvafiq kateqoriya üzrə qiymətlərin formalaşdırılması və bazarda qiymətlərin davamlı təhlilini aparmaq;
- Kateqoriya üzrə satış və mənfəətlilik, eləcə də digər səmərəlilik hədəflərinə nail olmaq məqsədi ilə məhsul portfelini formalaşdırmaq və idarə etmək;
- Qiymət və brend seqmentlərində analizləri aparmaq;
- Bazar araşdırılmasının təmin edilməsini daim nəzarətdə saxlamaq;
- Təchizat və satış planlarının hazırlanmasında iştirak etmək;
- Kateqoriyanın daimi alternativ çeşidlərlə təmin edilməsi üçün müvafiq araşdırılmalar aparmaq;
- Kateqoriya üzrə marketinq aktivliklərinin və kampaniyaların hazırlanmasında iştirak etmək;
- Müəyyən edilmiş məhsul portfelinə əsasən araşdırmalar aparmaq;
- Kateqoriya çərçivəsində məhsul və markaların vizual merçendayzinq tələblərini müəyyən etmək və təqdim etmək;
- Dövri hesabatlar hazırlayıb rəhbərliyə təqdim etmək.
Namizəddən əsas tələblər:
- Ali təhsil (marketinq, biznes, maliyyə);
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Yüksək səviyyədə MS Office və 1C proqram biliyi.
- Məntiqi və analitik düşünmə qabiliyyəti;
- Azərbaycan və rus dillərini əla səviyyədə bilməli;
- Bazar təhlilini aparmaq bacarığı;
- Komandada işləmək bacarığı;
- Problemləri həll etmək bacarığı.
İş şəraiti:
- İş qrafiki: 6 günlük iş rejimi (qısaldılmış);
- Əmək haqqı: Namizəddən və kateqoriyadan aslı olaraq təyin ediləcək, 1000-1800 AZN;
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə;
- İş yeri: Masazır dairəsi;
- Nahar şirkət tərəfindən təmin edilir.
Uyğun namizədlərdən e-mail ünvanına vəzifənin adını qeyd etməklə CV göndərməkləri xahiş edilir.