Nur Collection Nur Collection
  • 189

Mağaza daxili marketing üzrə mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mağaza daxili marketing üzrə mütəxəssis

  • Deadline 10 March 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

“Nur Collection MMC “Mağaza daxili marketing üzrə mütəxəssis” vəzifəsinə vakansiya elan edir.

Əmək haqqı: Razılaşma yolu ilə

İş şəraiti

  • 5 günlük iş qrafiki
  • Nahar fasiləsi: 13:00 -  14:00
  • Nahar şirkət tərəfindən təmin olunur
  • Ünvan: Bakı-sumqayıt yolunun üstü (Masazır dairəsi)

Əsas Vəzifələr:

  • Mağaza daxili brending və vizual standartlar
  • Mağaza daxili brend standartlarının (CI) tətbiqi və daim nəzarətdə saxlanılması.
  • POSM materiallarının (banner, stiker, wobler, shelf-talker, vitrin materialı və s.) yerləşdirilməsi, yenilənməsi və düzgünlüyünün yoxlanılması.
  • Mağaza içi naviqasiya, qiymət etiketi zonaları, promo stendlər və xüsusi guşələrin brend standartlarına uyğun qurulması.   Hər mağaza üçün vizual check-list hazırlanması və aylıq/haftəlik auditlərin aparılması.
  • Kampaniyaların mağaza daxilində düzgün tətbiqinin təmin edilməsi (promo zonalar, endirim mesajları, məhsul düzülüşü).    Yeni kampaniya startı üçün mağazalara təlimatların hazırlanması və paylaşılması.
  • Mağazalarda yaranan brending, avadanlıq, material çatışmazlığı və vizual pozuntu problemlərini operativ aşkar etmək.  Problemlərin səbəbini araşdırmaq (foto/video sübut, mağaza heyəti ilə müsahibə, təchizat yoxlaması).
  • Problemlərin həlli üçün lazımi tədbirləri görmək: material sifarişi, ustaya yönləndirmə, yenidən montaj, düzəliş işlərinin təşkili.  Problemlərin statusunu izləmək və “açıq bağlanma” sistemi ilə nəticəni təsdiqləmək (SLA/vaxt norması ilə).
  • Təchizat, istehsal və podratçılarla iş
  • Təkliflər paketi: mağaza içi təcrübənin (customer experience) yaxşılaşdırılması üçün ideyalar.   Daxili koordinasiya və kommunikasiya

Namizədə tələblər:

  • Ali təhsil (Marketinq və ya əlaqəli sahələr üzrə üstünlükdür)
  • Müvafik sahədə minimum 5 il təcrübə
  • Retail / FMCG / mağaza şəbəkəsi mühitində in-store marketinq təcrübəsi.
  • Brend standartları və POSM bilikləri.
  • Analitik yanaşma, problem həlli, koordinasiya və podratçı idarəetməsi.   
  • MS Excel/Google Sheets, foto-hesabat və planlama vərdişləri.
  • Aktiv sahə işi (mağaza ziyarətləri) və sürətli icra.

Komandamıza uyğun olan namizədlər vakansiya ilə əlaqədar “CV”–lərini mövzu hissəsində vəzifə adını “Mağaza daxili marketing üzrə mütəxəssis” qeyd etməklə, Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər. 

  • Daily45
  • Weekly298
  • Monthly985