Əmək haqqı: Müsahibə zamanı müəyyənləşəcəkdir.
İş şəraiti
- 6 günlük iş həftəsi
- Nahar fasiləsi: 13:00-14:00,
Mağaza üzrə baş menecer
- Müştəri münasibətlərinin və məmnuniyyətinin təmin etməyi və artırmağı bacarmalı;
- SRM modulu ilə işləmək , satınalma sifarişlərinin yaradılması, təchizatçı kataloqundan məhsul seçimi, performans hesabatları, müştəri şikayətlərinin effektiv şəkildə idarə edilməsi bacarığı;
- Vitrin və məhsul düzülüşünü müştəri davranışına uyğun qurmaq (visual merchandising) və mütamadi olaraq nəzarət etmək;
- Satış və tələbat analizlərini nəzərə alaraq sifarişləri optimallaşdırmaq və daim nəzarət;
- Gündəlik, həftəlik və aylıq satış hesabatlarını analiz etmək, Satış hədəflərinin müəyyən olunması və izlənməsi;
- İşçilərin motivasiyasını və performansını artırmaq, İşçi cədvəllərinin, iş qrafiklərinin hazırlanması, növbələrin təşkili və icrasına nəzarət;
- liderlik etməklə bərabər, daim təlimlərin keçirilməsi ( merçendayzer, satıcı, baş satıcı) və komandanın inkişafı üçün KPI (Əsas Performans Göstəriciləri) və ROI (İnvestisiya Qaytarımı) anlayışlarını izah etməsi və ciddi nəzarət;
- Stokların düzgün idarə olunması (mədaxil-məxaric, inventar nəzarəti) Anbar itkilərinin qarşısını alma yollarını bilməsi və nəzarəti;
- Strukturda Marketinq departamenti ilə birgə kampaniyalar və aksiyalar təşkil edilməsi və nəzarət;
- Sosial media və yerli reklam imkanları ilə (SMM)mütamadi olaraq işləmək bacarığı və nəzarət;
Namizədə tələblər:
- Ali təhsil (Marketinq və ya Biznes Menecment sahəsində üstünlükdür);
- Mağaza sahəsində (mağaza meneceri kimi) minimum 3 il iş təcrübəsi mütləqdir;
- Azərbaycan dili - yüksək, ingilis və rus dilləri arzuolunandır;
- Yüksək analitik qabiliyyət, ünsiyyət və təqdim etmə bacarıqları;
- Məqsədyönlülük, təşəbbüskarlıq, yenilikçilik, kreativlik;
- Komandada işləmə və komandanı idarəetmə;
Şəxsi Keyfiyyətlər:
- Liderlik və təşəbbüskarlıq;
- Təşkilatçılıq və vaxtı düzgün idarə etmək bacarığı;
- Təzyiq altında işləyə bilmək və qərarvermə bacarığı;
- Dəqiqlik, dürüstlük və məsuliyyətlilik.
Komandamıza uyğun olan namizədlər vakansiya ilə əlaqədar “CV”–lərini mövzu hissəsində vəzifə adını “Mağaza üzrə baş menecer” qeyd etməklə, Müraciət Et düyməsində yerləşən elektron poçt ünvanına göndərə bilərlər.