Nur Collection Nur Collection
  • 348

Marketinq rəhbəri

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Marketinq rəhbəri

  • Истекает 19 сентябрь 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

“Nur CollectionMMC “Marketinq rəhbəri” vəzifəsinə vakansiya elan edir.

Əmək haqqı: Müsahibə zamanı müəyyənləşəcəkdir.

İş şəraiti

  • İş yeri: Abşeron rayonu Əliağa Vahid 1B
  • 5 günlük iş həftəsi, 6-cı gün növbəli
  • Nahar fasiləsi: 13:00-14:00,
  • Nahar müəssisə tərəfindən təmin edilir.

Marketinq Rəhbəri

  • Tekstil sahəsində mövcud və gələcək məhsul və xidmətlərə qarşı bazar tələblərinin müəyyənləşdirilməsini təşkil edərək, şirkətin bazarda təqdim etdiyi xidmətlər üzrə sosial media fəaliyyətlərini koordinasiya etmək;
  • Şirkətin rəqəmsal marketinq fəaliyyətlərinin icrasını təmin etmək;
  • Müştərilərin tədqiqi, cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analizini hazırlamaq;
  • Rəqabət analizi və təhlillərin aparılmasında iştirak etmək;
  • Müştəri bazası, məhsul və xidmətlərin analiz prosesində iştirak edərək, reklamların sifarişə və hazırlanmasına nəzarət etmək;
  • Müştəri xidmətlərinin yaxşılaşdırılmasına dair layihələri təşkil və həyata keçirmək;
  • Marketinq sahəsinin inkişafı məqsədilə, daim yeni axtarışlar etmək və müvafiq istiqamətlər barədə rəhbərliyə məlumat vermək;
  • Şirkətin strateji marketinq planının icrasını həyata keçirərək, tabeliyində olan komandanı idarə etmək;
  • Marketinq kommunikasiya kanalları ilə işləmə bacarığı;
  • Satışın artırılmasına yönəlik aktivliklər, kampaniyalar təşkil etmə və hesabatlılığın təmini

Namizədə tələblər:

  • Ali təhsil (Marketinq və ya Biznes Menecment sahəsində üstünlükdür);
  • Marketinq sahəsində minimum 3 il iş təcrübəsi mütləqdir(tekstil sahəsi arzuolunandır);
  • Azərbaycan dili - yüksək, İngilis və Rus dilləri arzuolunandır;
  • Yüksək analitik qabiliyyət, ünsiyyət və təqdim etmə bacarıqları;
  • Dürüstlük, məsuliyyətlilik,çeviklik, idarəetmə bacarığı;
  • Məqsədyönlülük, təşəbbüskarlıq, yenilikçilik, kreativlik;
  • Komandada işləmə və komandanı idarəetmə;

Namizədin şəxsi keyfiyyətləri:

  • İdarəetmə qabiliyyəti; 
  • İşə planlı yanaşması; 
  • Ezamiyyə imkanları; 
  • Analitik düşüncə qabiliyyəti

Komandamıza uyğun olan  namizədlər vakansiya ilə əlaqədar “CV”–lərini mövzu hissəsində vəzifə adını “Marketinq Rəhbər” qeyd etməklə, Müraciət et düyməsində qeyd olunan elekton ünvanına göndərə bilərlər. 

  • Daily21
  • Weekly274
  • Monthly2117