Nur Collection Nur Collection
  • 440

Moda şöbəsinin müdiri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Moda şöbəsinin müdiri

  • Deadline 30 November 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş şəraiti

  • 6 günlük iş qrafiki
  • Əmək haqqı: Razılaşma yolu ilə
  • Nahar şirkət tərəfindən təmin olunur
  • Nahar fasiləsi: 13:00 - 14:00
  • Əmək qanunvericiliyinə uyğun olaraq sənədləşmə aparılır
  • Ünvan:  Bakı, Aliağa Vahid 1B

Əsas Vəzifələr:

  • Moda trendlərini, rəqiblərin fəaliyyətini, müştəri tələblərini izləmək və şöbə fəaliyyətinə uyğun çevik tətbiqlər hazırlamaq.
  • Yeni məhsul, kampaniya və konseptlərin təqdimatında iştirak etmək və şöbənin yeniliklərinə rəhbərlik etmək.
  • Məhsul çeşidləri, kampaniyalar və promosyonlar planında iştirak etmək, şöbə səviyyəsində həyata keçirmək.
  • Mövcud moda meyllərindən, üslublardan və yeni yaranan dizaynlardan yüksək səviyədə xəbərdar olmaq.
  • Mövcud moda trendlərini araşdırmaq və istehlakçıların nəyi bəyənəcəyini proqnozlaşdırmaq
  •  Tədqiqat məlumatlarına əsaslanaraq yeni məhsullar üçün ideyalar hazırlamaq və komandası ilə işləmək
  • Dizayn komandasının  yeni məhsullar üçün eskizlər hazırlamasına nəzarət
  • Kütləvi istehsal üçün geyim nümunələrinin yaradılmasında iştirak və nəzarət
  • Dizaynların istehsalına nəzarət
  • Yeni parça nümunələri almaq üçün istehsalçılar ilə daimi əlaqə yaratmağ
  • Dizayn məhsulunun hədəf istehlakçıların yaşı, cinsi, üslubu və sosial-iqtisadi vəziyyətinə uyğun olması üçün modellər üzərində nümunə paltarların görünüşünün araşdırılması və lazım gəldikdə paltarların yenidən dizayn edilməsinin həyata keçirilməsi
  • Məhsulun müştəri, bazar və qiymət meyarlarına uyğun olmasını təmin etmək üçün satınalma və istehsal qrupları ilə daimi əlaqədə olmaq
  • Müştəri yönümlü xidmət standartlarını tətbiq etmək və yüksək səviyyədə müştəri təcrübəsi təmin etmək. 
  • Şöbə komandasının seçimi, təlimi, inkişafı və performans qiymətləndirmələri ilə məşğul olmaq. 
  • Komandaya motivasiya vermək, performansı izləmək və inkişaf üçün dəstək vermək.

Namizədə tələblər:

  • Kompüter dəstəkli dizayn proqramlarından və qrafik redaktor proqramlarından yüksək səviyədə istifadə edə bilmək,
  • Müvafik sahədə 5 il, rəhbər vəzifədə 2 ildən artıq iş təcrübəsi
  • Moda ticarəti, pərakəndə satış menecmenti və ya müvafiq sahə üzrə bakalavr dərəcəsi (arzu olunandır). 
  • Moda sənayesində sübut edilmiş təcrübə, tendensiyalar və istehlakçı davranışları haqqında güclü anlayış.
  • Əla moda hissi və geyim konstruksiyası, parçalar və üslub texnikası haqqında bilik.
  • Güclü ünsiyyət və şəxsiyyətlərarası bacarıqlar, müştərilərlə münasibət qurmaq bacarığı.
  • Yaradıcı düşüncə və detallara diqqət. 

Komandamıza uyğun olan  namizədlər vakansiya ilə əlaqədar “CV”–lərini mövzu hissəsində vəzifə adını “Moda şöbə müdiri” qeyd etməklə, Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. 

  • Daily157
  • Weekly403
  • Monthly1438