“Nur Collection” MMC “Qrafik Dizayner” vəzifəsinə vakansiya elan edir.
Əmək haqqı: Razılaşma yolu ilə
İş şəraiti
- 5 günlük iş həftəsi
- Nahar şirkət tərəfindən təmin olunur
- Nahar fasiləsi: 13:00 - 14:00
- Ünvan: Bakı, Aliağa Vahid 1B (Bakı-Sumqayıt yolunun üstü)
Əsas Vəzifələr:
- Şirkətin brend strategiyasına uyğun vizual materialların hazırlanması
- Rəqəmsal və çap materialları üçün dizaynların hazırlanması (sosial media postları, reklam bannerləri, broşürlər, təqdimatlar və s.)
- Marketinq və rəqəmsal komanda ilə əməkdaşlıq edərək kreativ həllərin hazırlanması
- Sosial media və reklam kampaniyaları üçün kreativ vizualların dizaynı və adaptasiyası
- Brend kitabçasına (brandbook) uyğunluğun təmin edilməsi və vizual standartlara nəzarət
- Dizayn trendlərinin və rəqəmsal platforma tələblərinin izlənilməsi
- Tapşırıqların müəyyən edilmiş vaxt çərçivəsində və keyfiyyət standartlarına uyğun icrası
- After Effects istifadə edərək qısa animasiyalar və vizual effektlərin hazırlanması
- Video və statik kontentin vahid vizual üslubda hazırlanmasının təmin edilməsi
Namizədə tələblər:
- Ali təhsil. Qrafik dizayn və ya əlaqəli sahə üzrə təhsil üstünlükdür
- Müvafik sahə üzrə minimum 5 il iş təcrübəsi
- Adobe Photoshop, Adobe After Effects, Premier, Illustrator, InDesign proqramlarında yüksək səviyədə işləmə bacarığı
- Brend yönümlü düşüncə və güclü estetik zövq
- Deadline-larla işləmək və prioritetləri düzgün müəyyənləşdirmək bacarığı
- Komanda daxilində effektiv ünsiyyət bacarığı
- Çap materiallarının hazırlanması ilə bağlı təcrübə
- Portfolio-nun mövcudluğu (mütləqdir)
Komandamıza uyğun olan namizədlər vakansiya ilə əlaqədar “CV”–lərini mövzu hissəsində vəzifə adını “Qrafik Dizayner” qeyd etməklə, Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.