Vəzifə öhdəlikləri:
- Mağazalarda məhsulların brend konseptinə uyğun vizual təqdimatını planlaşdırmaq və tətbiq etmək
- Mövsümi kampaniyalar və yeni kolleksiyalar üçün yaradıcı vitrin dizaynları hazırlamaq
- Vizual meçendayzerlərdən ibarət komandanı idarə etmək və inkişaf etdirmək
- Planogramların hazırlanması və bütün mağazalarda tətbiqinə nəzarət
- Vitrin və satış sahələrinin effektiv təşkilinə görə audit və monitorinq aparmaq
- Marketinq və satış komandaları ilə sıx əməkdaşlıq
- Dekorasiya və vizual materialların təminatı və büdcəsinin idarə olunması
Tələblər:
- Vizual meçendayzinq sahəsində minimum 3 il iş təcrübəsi (pərakəndə sektor üstünlükdür)
- Moda və trendlər üzrə estetik zövq və yaradıcı yanaşma
- Komanda idarəetmə bacarığı
- Planlama və təşkilati bacarıqlar
- Dizayn proqramları ilə işləmə bacarığı üstünlükdür (Adobe Illustrator, Photoshop və s.)
Təklif edirik:
- Rəqabətqabiliyyətli əmək haqqı
- Yaradıcı və dinamik iş mühiti
- Peşəkar inkişaf və təlim imkanları
- Böyük pərakəndə şəbəkədə karyera yüksəlişi fürsəti
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.