Şirkətimiz interyer və dekorativ işıqlandırma sahəsində fəaliyyət göstərir. Korporativ və layihə əsaslı satışların inkişafı üçün təcrübəli B2B satış mütəxəssisi axtarırıq.
Vəzifə öhdəlikləri:
- B2B satışların həyata keçirilməsi və inkişaf etdirilməsi
- Tikinti, interyer, təmir və dizayn layihələri üzrə yeni müştərilərin cəlb edilməsi
- Memarlar, dizaynerlər, podratçılar və layihə rəhbərləri ilə əməkdaşlıqların qurulması
- Layihələrin satış mərhələsinin idarə olunması və müştəri münasibətlərinin davamlı inkişafı
- Kommersiya təkliflərinin hazırlanması və təqdim edilməsi
- Müştəri bazasının genişləndirilməsi və satış hədəflərinin icrası
- Korporativ görüşlərin və təqdimatların keçirilməsi
Tələblər:
- B2B satış sahəsində minimum 5 il iş təcrübəsi
- Layihə əsaslı satışlarda praktiki təcrübə
- Tikinti, interyer, təmir və dizayn sektorunda iş təcrübəsi olan namizədlərə üstünlük verilir
- Korporativ müştərilərlə işləmə bacarığı
- Güclü satış və təqdimat bacarıqları
- Danışıqlar aparmaq və münasibət qurmaq bacarığı
- Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı
- MS Office proqramlarında işləmək bacarığı
- Aktiv, məsuliyyətli və nəticəyönümlü olmaq
Biz təklif edirik:
- Stabil maaş + bonus sistemi
- Karyera inkişaf imkanı
- Dinamik və peşəkar iş mühiti
- Perspektivli layihələrdə iştirak imkanı
- İş qrafiki: Tam iş günü
İş yeri: Bakı
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.