Əmək haqqı: 550 AZN + 100 AZN bonus
Tələblər:
- Tam orta təhsil (Ali təhsil üstünlükdür)
- Xidmət sektorunda iş təcrübəsi (üstünlükdür)
- Gülərüz və ünsiyyətcil
- Təmizkar, səliqəli və məsuliyyətli
- Təqdimat bacarığı
- Yaş həddi: 18–30
Vəzifə öhdəlikləri:
- Ərzaq və qeyri-ərzaq məhsullarının satışını təşkil etmək
- Məhsulların vitrində səliqəli düzülüşünü təmin etmək
- Qiymətlərin məhsulların önündə olmasına nəzarət etmək
- Məhsulların istifadə müddətinə nəzarət etmək
- Müştərinin tələbatına uyğun düzgün seçim etməsinə kömək göstərmək
- Yeni məhsulları müştərilərə təqdim etmək
- Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və tələb olunan qaydada yerinə yetirmək
Maraqlanan namizədlər CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə və mövzu hissəsində “Satıcı–konsultant” qeyd edə bilərlər.