Şirkətimiz elektrik sistemlərinin quraşdırılması sahəsində çalışacaq təcrübəli Elektrik Montajçısı axtarır.
Namizədə Tələblər
- Elektrik montaj işləri sahəsində minimum 3–5 il iş təcrübəsi
- Elektrik panellərinin (şitlərin) yığılması və quraşdırılması üzrə təcrübə
- Kabel traylarının, kabel xətlərinin və elektrik avadanlıqlarının montajı üzrə bilik və bacarıqlar
- Torpaqlama və ildırımdan mühafizə sistemlərinin quraşdırılması üzrə təcrübə
- Elektrik sxemlərini və texniki çertyojları oxuma bacarığı
- Elektrik alətləri və avadanlıqları ilə işləmə bacarığı
- Elektrik təhlükəsizliyi qaydaları üzrə biliklər
- Komandada işləmək bacarığı və məsuliyyətlilik
- Orta ixtisas təhsili kifayətdir
- Elektrik sahəsi üzrə ali təhsil olması üstünlük hesab olunur
- Azərbaycan dili biliyi tələb olunur, rus dili biliyi üstünlükdür
- Sürücülük vəsiqəsi üstünlük hesab olunur
Əsas Vəzifə və Məsuliyyətlər
- Elektrik şitlərinin yığılması və montajı
- Kabel traylarının və kabel xətlərinin quraşdırılması
- Elektrik avadanlıqlarının montaj və bağlantı işlərinin yerinə yetirilməsi
- Torpaqlama və ildırımdan mühafizə sistemlərinin quraşdırılması
- Elektrik sistemlərində nasazlıqların aşkarlanması və aradan qaldırılmasına dəstək
- Texniki rəhbərin və mühəndisin göstərişlərinə uyğun işlərin icrası
- Sahədə təhlükəsizlik qaydalarına riayət edilməsi
- Görülən işlərin keyfiyyətinə nəzarət və texniki tələblərə uyğun icra olunması
- Layihə üzrə montaj işlərində aktiv iştirak
Əmək haqqı: 1200 AZN
İş yeri: Baki şəhəri, rayonlara ezam olmaqla