Elektrik Mühəndisi (HV və LV Sistemləri)

  • Истекает 20 июнь 2026

Şirkətimiz yüksək gərginlikli (HV) və aşağı gərginlikli (LV) elektrik sistemlərinin quraşdırılması, texniki xidməti, test və istismara verilməsi sahəsində çalışacaq peşəkar Elektrik Mühəndisi axtarır.

Namizədə Tələblər

  • Elektrik mühəndisliyi və ya uyğun ixtisas üzrə ali təhsil
  • HV və LV elektrik sistemlərinin quraşdırılması və texniki xidməti sahəsində minimum 5 il iş təcrübəsi
  • Elektrik qurğuları, enerji paylayıcı sistemlər, switchgear, transformatorlar, elektrik panelləri, kabel sistemləri, torpaqlama və ildırımdan mühafizə sistemləri üzrə biliklər
  • Elektrik sxemlərini, single-line diagramları və texniki spesifikasiyaları oxuma bacarığı
  • Elektrik təhlükəsizliyi standartları və prosedurları üzrə biliklər
  • Test və commissioning işlərində təcrübə üstünlük hesab olunur
  • Texniki hesabat və sənədlərin hazırlanması bacarığı
  • Komandada işləmək və ünsiyyət bacarıqları
  • Microsoft Office və AutoCAD proqramlarını bilmək üstünlükdür
  • Azərbaycan dili mütləqdir, rus və/və ya ingilis dili biliyi üstünlükdür
  • Sürücülük vəsiqəsi üstünlük hesab olunur

Əsas Vəzifə və Məsuliyyətlər

  • HV və LV elektrik quraşdırma işlərinin icrası və nəzarəti
  • Elektrik sistemləri və avadanlıqlarının quraşdırılması, yoxlanılması, nasazlıqların aradan qaldırılması və texniki xidməti
  • Test və commissioning işlərində iştirak
  • Elektrik panellərinin, transformatorların, kabel xətlərinin, torpaqlama və mühafizə sistemlərinin yoxlanılması
  • Texniki sənədlərin, hesabatların və sahə qeydlərinin hazırlanması
  • Layihə rəhbərləri, podratçılar və texniki komandalar ilə koordinasiya
  • Sahə baxışlarında və texniki qiymətləndirmələrdə iştirak
  • Təhlükəsizlik qaydalarına və layihə tələblərinə uyğunluğun təmin edilməsi
  • Sahədə görülən elektrik işlərinin keyfiyyətinə nəzarət
  • Method statement və texniki submittal sənədlərinin hazırlanmasına dəstək

Əmək haqqı: 2500 AZN

İş yeri: Baki şəhəri, rayonlara ezam olmaqla

  • Daily93
  • Weekly621
  • Monthly2006