Elektrik Avadanliqlarinin Quraşdiricisi

  • Истекает 20 июнь 2026

Şirkətimiz elektrik sistemlərinin quraşdırılması sahəsində çalışacaq təcrübəli Elektrik Montajçısı axtarır.

Namizədə Tələblər

  • Elektrik montaj işləri sahəsində minimum 3–5 il iş təcrübəsi
  • Elektrik panellərinin (şitlərin) yığılması və quraşdırılması üzrə təcrübə
  • Kabel traylarının, kabel xətlərinin və elektrik avadanlıqlarının montajı üzrə bilik və bacarıqlar
  • Torpaqlama və ildırımdan mühafizə sistemlərinin quraşdırılması üzrə təcrübə
  • Elektrik sxemlərini və texniki çertyojları oxuma bacarığı
  • Elektrik alətləri və avadanlıqları ilə işləmə bacarığı
  • Elektrik təhlükəsizliyi qaydaları üzrə biliklər
  • Komandada işləmək bacarığı və məsuliyyətlilik
  • Orta ixtisas təhsili kifayətdir
  • Elektrik sahəsi üzrə ali təhsil olması üstünlük hesab olunur
  • Azərbaycan dili biliyi tələb olunur, rus dili biliyi üstünlükdür
  • Sürücülük vəsiqəsi üstünlük hesab olunur

Əsas Vəzifə və Məsuliyyətlər

  • Elektrik şitlərinin yığılması və montajı
  • Kabel traylarının və kabel xətlərinin quraşdırılması
  • Elektrik avadanlıqlarının montaj və bağlantı işlərinin yerinə yetirilməsi
  • Torpaqlama və ildırımdan mühafizə sistemlərinin quraşdırılması
  • Elektrik sistemlərində nasazlıqların aşkarlanması və aradan qaldırılmasına dəstək
  • Texniki rəhbərin və mühəndisin göstərişlərinə uyğun işlərin icrası
  • Sahədə təhlükəsizlik qaydalarına riayət edilməsi
  • Görülən işlərin keyfiyyətinə nəzarət və texniki tələblərə uyğun icra olunması
  • Layihə üzrə montaj işlərində aktiv iştirak

Əmək haqqı: 1200 AZN

İş yeri: Baki şəhəri, rayonlara ezam olmaqla

  • Daily107
  • Weekly635
  • Monthly2020