Mühasib-operator

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mühasib-operator

  • Deadline 22 Avqust 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə və öhdəliklər:

  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin 1C proqramında) əks etdirilməsi;
  • Daxil olan elektron qaimə fakturaların doğruluğunu yoxlamaq;
  • Mühasibat uçotu üzrə ilkin sənədləşmənin təşkili (müqavilə, hesab-faktura, təhvil-təslim aktları və s.);
  • Elektron qaimələrin yazılması;
  • Bank və kassa əməliyyatlarının mədaxil və məxarici;
  • e-taxes.gov.az (online kargüzarlıq, E-qaimə, Depozit hesabı və s.) sərbəst işləmə bacarığı;
  • Bank əməliyyatlarının (yerli və xarici ödənişlərin, o cümlədən vergi, sığorta və digər büdcə ödənişləri) icra edilməsi;
  • Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hazırlanması və ödənilməsi;
  • Debitor və kreditor borclarının uçotu, üzləşmələrin aparılması və idarəedilməsi;
  • Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
  • ƏMAS-da işləmə bacarığı 

Namizədə qarşı tələblər:

  • Təhsil – Ali və ya orta təhsil;
  • İş təcrübəsi - müvafiq vəzifədə minimum 1 il;
  • Proqram biliyi: 1C (əla), MS Excel bilikləri; ƏMAS 
  • Dil bilikləri: Azərbaycan dili səlis, Rus dili və İngilis dili arzu olunandır;
  • Komanda da işləmə bacarığı;
  • Çevik və işgüzar olması;
  • Müəssisə üzrə kommersiya sirri hesab olunan məlumatların məxfiliyini təmin etməli.

Peşəkarlıq tələbləri: 

  • Səlis və aydın nitq, sistemıi təqdimat bacarığı qabiliyyəti;
  • Dəqiqlik və sənədlərlə düzgün işləmə 
  • Məsuliyyətli, dəqiq, dürüst və ünsiyyətcil olması;
  • Təqdimat aparmaq və idarəetmə bacarığı.

İş qrafiki və əmək haqqı:

  • Əmək haqqı: 600-800 AZN (müsahibə əsasında müəyyənləşəcək.)
  • İş rejimi:  I-V günlər, 09:00-dan 18:00-a kimi.
  • İş yeri: Bakı şəhəri, Nərimanov r-nu, Nəsib bəy Yusifbəyli küçəsi

Maraqlanan namizədlər cv-lərini başlıqda vakansiyanın adını qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly0
  • Monthly2299