İş yeri: Bakı şəhəri
İş barədə məlumat:
- Şirkətin məhsullarını tibb müəssisələrində və apteklərdə tanıtmaq
- Gündəlik ziyarət planının hazırlanması və icrası
- Həkim və aptek personalı ilə peşəkar əlaqələrin qurulması və inkişaf etdirilməsi
- Bazar, məhsul və rəqiblərlə bağlı məlumatların toplanması və hesabatların hazırlanması
- Müəyyən olunmuş satış və tanıtım hədəflərinin yerinə yetirilməsi
- Qarşıya qoyulan tapşırıqların vaxtı-vaxtında və keyfiyyətlə yerinə yetirilməsi
- Təqdimatlar və məhsul təlimlərində iştirak
Tələblər:
- Tibbi nümayəndə sahəsində minimum 3 il iş təcrübəsi
- Ali və ya orta ixtisas təhsili (Tibbi və ya Əczaçılıq istiqamətli olması üstünlükdür)
- Aptek və həkim ziyarətləri üzrə təcrübə
- Yüksək ünsiyyət və təqdimat bacarığı
- Məsuliyyətli, təşəbbüskar və məqsədyönlü olmaq
- MS Office proqramlarında işləmək bacarığı
- Sürücülük vəsiqəsi və şəxsi avtomobil üstünlükdür
Peşəkarlıq tələbləri:
- Səlis və aydın nitq, sistemli təqdimat bacarığı qabiliyyəti;
- Dəqiqlik və sənədlərlə düzgün işləmə
- Məsuliyyətli, dəqiq, dürüst və ünsiyyətcil olması;
- Təqdimat aparmaq və idarəetmə bacarığı.
İş qrafiki və əmək haqqı:
- Əmək haqqı: İş təcrübəsinə əsasən qarşılıqlı razılaşma yolu ilə
- İş rejimi: I-V günlər, 09:00-dan 18:00-a kimi.
İş yeri
- Bakı şəhəri, Nərimanov r-nu, Nəsibə Yusifbəyli küçəsi
Müraciət qaydası:
CV-lərinizi Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissəsində "Tibbi Nümayəndə (Aptek/Həkim)" qeyd etməklə göndərin.