Vəzifə öhdəlikləri:
- Mağaza, satış və bölgə müdirləri üzrə P&L hesabatlarının hazırlanmasına nəzarət etmək və effektivliyini artırmaq
- Mağaza performanslarını təhlil etmək, ardıcıl neqativ nəticələr göstərən mağazalar üzrə analiz və hesabatlar hazırlamaq
- Satış müdirlərindən daxil olan məlumatları təqib etmək və müvafiq qərarların icrasını izləmək
- İnvestisiya komitəsində iştirak etmək və analitik hesabatları təqdim etmək
- İllik büdcənin hazırlanmasında iştirak etmək və aidiyyəti strukturlarla əməkdaşlıq etmək
- Aylıq büdcə icrasını izləmək və kənarlaşmaları təhlil etmək
- Günlük satış hesabatlarının hazırlanmasına nəzarət etmək və aidiyyəti şəxslərə təqdim olunmasını təmin etmək
- Aylıq satış planlarının bölgüsünü həyata keçirmək
- Mağaza, şöbə və satınalma üzrə çarpaz və keyfiyyət analizlərini hazırlamaq və təqdim etmək
- Xərclərdə trendlərə əsaslanan kənarlaşmaları araşdırmaq və problemi aradan qaldırmaq üçün tədbirlər görmək
- Yeni mağazaların investisiya göstəriciləri ilə müqayisəli analizini aparmaq və ilkin proqnozlardan kənarlaşma hallarında səbəbləri müəyyənləşdirmək
Namizədə dair tələblər:
- Ali təhsil (Maliyyə, iqtisadiyyat, analitika və ya uyğun sahələr üzrə);
- Təcrübə: Maliyyə analitikası, satış və büdcə planlaması sahəsində minimum 3 il təcrübə;
- MS Office proqramları, xüsusilə Excel üzrə yaxşı səviyyədə işləmək bacarığı
- Beynəlxalq maliyyə sertifikatlarının olması və ya davam etdirilməsi (üstünlükdür);
- Power BI və ya digər vizuallaşdırma proqramlarında işləmək bacarığı (üstünlükdür);
- Güclü analitik düşüncə və dəqiqlik;
- Komanda ilə işləmək və struktur daxilində effektiv kommunikasiya
Əlavə təminatlar:
- Nahar təminatı;
- Servis xidməti;
- Korporativ nömrə və danışıq limiti
- İş qrafiki: İş saatları 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00
- Şənbə və Bazar istirahət günləri
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Analitika bölmə müdiri" yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.