OBA marketlər şəbəkəsi OBA marketlər şəbəkəsi
  • 134
OBA marketlər şəbəkəsi

OBA marketlər şəbəkəsi

Çoxçeşidli pərakəndə satış

Cinayət və inzibati xətalara dair aparıcı hüquşünas

Cinayət və inzibati xətalara dair aparıcı hüquşünas

  • Deadline 10 Mart 2026

Təsvir

  • Dövlət orqanları, yerli özünüidarəetmə orqanları və digər qurumlar qarşısında Şirkətin təmsil olunmasını təmin etmək
  • Yoxlamalar zamanı Şirkətə hüquqi dəstək göstərmək və hüquqi müşayiəti həyata keçirmək
  • Mülki, inzibati və cinayət prosessual qanunvericiliyə uyğun olaraq təhqiqat, istintaq və məhkəmə orqanlarında Şirkətin təmsil edilməsi
  • Prosessual sənədlərin (iddia ərizələri, şikayətlər, vəsatətlər, etirazlar və s.) hazırlanması və təqdim edilməsi
  • Qanunsuz və əsassız qərarlardan Şirkətin maraqları çərçivəsində şikayətlərin verilməsi
  • Daxili sənədlərin hüquqi ekspertizasının aparılması və təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi
  • Etibarnamələrin, təsis və digər hüquqi sənədlərin uçotu, saxlanılması və arxivləşdirilməsinin təşkili
  • Şirkətin fəaliyyətinin qanunvericiliyə uyğunluğunun və hüquqi mənafelərinin qorunmasının təmin edilməsi
  • Dövlət orqanları və digər tərəflərlə aparılan danışıqlarda hüquqi müşayiətin təmin edilməsi
  • Rəhbərliyin tapşırıqlarına uyğun olaraq hüquqi təminatla bağlı digər zəruri tədbirlərin həyata keçirilməsi

Tələblər

  • Təhsil: Ali
  • Cinayət və inzibati xətalara dair işlər üzrə minimum 3 il peşəkar iş təcrübəsi
  • Cinayət hüququ, cinayət prosessual hüququ, inzibati hüquq və inzibati prosessual hüquq üzrə dərin biliklər
  • Təhqiqat, istintaq və bütün məhkəmə instansiyalarında işlərin aparılması üzrə təcrübə
  • Texniki biliklər: MS Office (Yaxşı səviyyədə), Elektron məhkəmə və elektron sənəd dövriyyəsi sistemləri
  • Yüksək məsuliyyət və etik davranış
  • Analitik düşünmə və stressli situasiyalarda qərarvermə bacarığı
  • Məxfilik və korporativ qaydalara riayət

İş qrafiki: 5 gün, 09:00-18:00

Vakansiya növü - Tam ştat

İmtiyazlar

  • Nahar təminatı
  • Nəqliyyat xidməti
  • Təlim İmkanları
  • Karyera yüksəlişi
  • korporativ nömrə ilə təmin olunur

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily0
  • Weekly253
  • Monthly940