Təsvir
- Mağazalar, anbarlar və mərkəzi ofis üzrə əməliyyat proseslərini daxili nəzarət baxımından yoxlamaq
- Kassa əməliyyatları, mədaxil-məxaric, inventar, transferlər və silinmələr üzrə nəzarət icra etmək
- Podratçılar tərəfindən icra olunan təmir və xidmət işlərinin sənədləşmə və icra uyğunluğunu yoxlamaq
- Əməliyyatların təsdiq, səlahiyyət və icra ayrılığı prinsiplərinə uyğunluğuna nəzarət etmək
- Əməliyyat risklərinin müəyyən edilməsi və risk xəritəsinin hazırlanmasında iştirak etmək
- Daxili nəzarət prosedurlarının hazırlanması və yenilənməsində iştirak etmək
- Aparılmış yoxlamalar üzrə analitik hesabatları hazırlamaq
- Aşkarlanmış uyğunsuzluqlar üzrə səbəb–nəticə təhlilini aparmaq
- Düzəldici tədbirlərin icra vəziyyətinə nəzarət etmək
Tələblər
- Təhsil: Ali (Maliyyə, Biznesin idarə edilməsi və ya oxşar sahələr)
- İş təcrübəsi: Daxili nəzarət, daxili audit, əməliyyat auditi və ya risk sahəsində minimum 1-2 il təcrübə
- Texniki Bacarıqlar: MS Excel (pivot, analitik cədvəllər,funksiyalar) və ERP sistemləri ilə işləmə bacarığı
- Risk əsaslı yanaşma ilə işləmək bacarığı
- Analitik düşüncə və detallara diqqət
- Müstəqil qərarvermə və məsuliyyətlilik
- Etik davranış və məxfilik prinsiplərinə sadiqlik
Vakansiya haqqında
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Nahar təminatı
- Servislə təmin olunur
- korporativ nömrə ilə təmin olunur
- Təlim imkanları
- Karyera inkişafı
- İş qrafiki: 5 günlük, 09:00-18:00
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.