Vəzifə öhdəlikləri:
- Qrupdaxili ticari carilərlə üzləşmə aparılması, üzləşmə fərqlərini araşdırmaq
- Günlük, aylıq pos terminal fərqlərinin kontrol edilməsi və fərqləri düzəliş üçün adiyyatı bölməyə təqdim etmək
- İnkassa prosesinə nəzarət etmək
- Üzləşmə aktlarını kontrol etmək
- Əmək haqqı əvəzləşmələrini icra etmək
- Ticari carilərin əməkdaşlar üzrə təhkim edilməsi və üzləşmələri nəzarətdə saxlamaq
- Bağlanan, refit magazalar üzrə hesabatların sistemdə işlənilməsinə nəzarət etmək
- Ticari carilər üzrə həftəlik və aylıq hesabat hazırlamaq
Namizədə dair tələblər
- Təhsil səviyyəsi: Ali (Mühasibat uçotu, maliyyə və ya iqtisadi yönümlü)
- İş təcrübəsi: Müvafiq sahədə minimum 2-3 il
- Kompüter bilikləri: MS Office (Excel-yaxşı səviyyədə)
- Mühasibatlıq sahəsində sertifikatlar arzuolunandır
- Hesabatlarının hazırlanması bacarıqları
- Uyğunsuzluqları aradan qaldırmaq üçün problemləri həll etmək bacarığı
- Detallara qarşı diqqətlilik və məsuliyyətlilik
Əlavə təminatlar:
- Nahar
- Korporativ nömrə
- Servis xidməti
İş qrafiki:
- İş saatları 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00
- Şənbə və Bazar istirahət günü.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Hesablaşmalar üzrə aparıcı mühasib" yazaraq göndərmələri xahiş olunur.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.