Vəzifə öhdəlikləri:
- Kassa əməliyyatlarını gündəlik olaraq yoxlamaq və nəzarətdə saxlamaq
- Əməkhaqqı əvəzləşmələrini (kassa, seyf, inkassa üzrə artıq və əskik məbləğlərin) düzgün şəkildə icra etmək
- Satış əməliyyatlarının sistemə inteqrasiyasına nəzarət etmək və uyğunluğunu təsdiq etmək
- Nağd və nağdsız əməliyyatlar üzrə nəzarət mexanizmlərini tətbiq etmək və mütəmadi olaraq yoxlama aparmaq
- Ayın bağlanışı zamanı kassa və inkassa əməliyyatlarını yoxlamaq, mövcud fərqləri müəyyən edib müvafiq hesabatları tərtib etmək
Namizədə dair tələblər:
- Təhsil: Ali (Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə);
- Təcrübə: Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Excel proqramında orta səviyyədə işləmək bacarığı;
- Logo Tiger proqram təminatı ilə işləmək bacarığı (üstünlükdür)
- Komanda ilə işləmək və problemi operativ şəkildə həll etmək bacarığı
Əlavə təminatlar:
- Gündəlik nahar təminatı
- Korporativ nömrə və danışıq limiti
- Servis xidməti (nəqliyyat təminatı)
- Peşəkar təlim və inkişaf imkanlar
İş qrafiki:
- İş saatları 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00
- Şənbə və Bazar istirahət günləri.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə Hesablaşmalar üzrə Mühasib (inkassa-kassa əməliyyatları)" yazaraq Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.