İşə Qəbul Şöbə Müdiri

  • Истекает 13 март 2026

Təsvir

  • İşə qəbul prosesinin tam idarə olunmasını təmin etmək;
  • Namizədlərin axtarışı, seçimi, ilkin və yekun müsahibələrin keçirilməsində iştirak etmək;
  • İşə qəbul siyasətinin və prosedurlarının təkmilləşdirilməsi, icrası və tətbiqinə nəzarət etmək;
  • Şirkət əməkdaşlarının şikayətlərini araşdırmaq və müvafiq tədbirlər görülməsi üçün aidiyyati struktura yönləndirmək;
  • İR strategiyası və şirkət məqsədlərinə uyğun olaraq işə qəbul fəaliyyətini planlaşdırmaq və həyata keçirmək;
  • Prosedurlara əsasən imtahana cəlb ediləcək ixtisaslar üzrə test sualları tərtib etmək və müvafiq zaman aralığında yenilənməsinə nəzarət etmək;
  • İşə qəbulda innovativ yanaşmalar tətbiq etmək, yeni alətlər və texnologiyaların istifadəsinə töhfə vermək
  • Şöbənin fəaliyyət istiqaməti ilə bağlı olan məsələlərlə əlaqədar səmərəliliyin artırılması və çatışmazlıqların aradan qaldırılması üzrə təkliflər hazırlayaraq hesabat verdiyi instansiyaya təqdim etmək;
  • Komanda üzvlərinin fəaliyyətinə rəhbərlik etmək, onların motivasiyası və inkişafını dəstəkləmək;
  • Rəhbərlik üçün aylıq, rüblük və illik hesabatlar hazırlamaq, analitik məlumatları təqdim etmək.

Tələblər

  • Ali təhsil (İnsan Resursları, Biznesin idarə olunması və ya əlaqəli sahələr üzrə);
  • İnsan resursları sahəsində minimum 5 il , o cümlədən rəhbər vəzifədə ən azı 3 il təcrübə;
  • Retail sahəsində təcrübə üstünlükdür
  • İşə qəbul prosesləri, müasir metodologiyalar, və müxtəlif müsahibə modelləri üzrə dərin biliklər və praktiki bacarıqlar;
  • Texniki biliklər: MS Office, ATS sistemləri ilə yüksək səviyyədə çalışmaq bacarığı
  • Səriştə əsaslı müsahibə aparmaq bacarığı;
  • İR sahəsində beynəlxalq sertifikatlar üstünlükdür
  • Liderlik və motivasiyaetmə bacarığı
  • Yüksək ünsiyyət və təqdimat qabiliyyəti

İş qrafiki:

  • İş saatları 09:00 – 18:00;
  • Nahar fasiləsi: 13:00-14:00
  • Şənbə və Bazar istirahət günləri.

Vakansiya növü - Tam ştat

İmtiyazlar

  • Yanacaq xərci
  • Nahar təminatı
  • Parking
  • Könüllü tibbi sığorta
  • Mobil danışıq limiti və digər imtiyazlar
  • Rəqabətədavamlı əmək haqqı və bonus sistemi
  • Peşəkar təlim və inkişaf imkanlar

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily1
  • Weekly609
  • Monthly1296