Proqramın müddəti: 3 ay (ödənişsiz)
İş şəraiti:
- Yer: Bakı şəh.,Məmmədli qəsəbəsi
- Servis təminatı(Neftçilər,Əhmədli,Koroğlu,20 Yanvar dairəsi)
- Nahar təminatı
Proqram haqqında:
OBA Market MMC-yə dinamik HR komandasına qoşulmaq istəyən motivasiyalı gənclər üçün 3 aylıq ödənişsiz təcrübə proqramı elan edir. Bu müddət ərzində siz işə qəbul prosesinin bütün mərhələlərində — vakansiyaların hazırlanması, CV-lərin ilkin qiymətləndirilməsi, müsahibələrin təşkili və işə qəbul hesabatlarının hazırlanması kimi işlərdə praktiki təcrübə əldə edəcəksiniz.
Tələblər:
- Ali təhsil (HR, Biznes idarəçiliyi və ya oxşar sahələr üzrə olması arzuolunandır)
- İnsan resurslarına maraq və bu sahədə inkişaf etmək istəyi
- Bəy namizəd
- Yaxşı ünsiyyət bacarığı
- Məsuliyyətli və komanda ilə işləmə bacarığı
- MS Office proqramlarını orta səviyyədə bilmək
Biz nə təklif edirik?
- Real iş mühiti və təcrübə imkanı
- Peşəkar HR komandası ilə işləmək şansı
- Karyeranıza güclü töhfə verəcək təcrübə sertifikatı
Müraciət etmək üçün:
CV-nizi mövzu hissəsində “HR Təcrübəçi” qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan mail adresinə göndərin.