Vəzifə öhdəlikləri
- Anbara daxil olan məhsulların keyfiyyət göstəricilərini, etiket məlumatlarını və daşınma şəraitini yoxlamaq
- Qəbul edilən məhsulların qanunvericiliklə müəyyən edilmiş sertifikatlara uyğunluğunu yoxlamaq
- Tələb olunan nümunələri hazırlamaq və təhvil vermək
- Anbar ərazisində təsdiq olunmuş plana əsasən keyfiyyət yoxlamaları aparmaq
- Yoxlamaların nəticələri üzrə hesabatlar hazırlamaq və təqdim etmək
- Personalın gigiyena qaydalarına əməl etməsinə nəzarət etmək
- Standartlara uyğunluq və keyfiyyət sistemlərinin tətbiqinə nəzarət etmək
Namizədə dair tələblər
- Ali təhsil
- Keyfiyyətə nəzarət, anbar və ya müvafiq sahədə minimum 1 il iş təcrübəsi
- MS Office proqramlarında (xüsusilə Excel) yaxşı səviyyədə işləmək bacarığı
- Analitik düşüncə və problem həll etmə bacarığı
- Yüksək ünsiyyət və komanda ilə işləmək bacarığı
- Fiziki anbar mühiti nəzərə alınaraq kişi namizədlərə üstünlük verilir
İş qrafiki:
- İş qrafiki: 5 günlük (gecə və gündüz növbəli)
Əlavə təminatlar:
- Gündəlik nahar təminatı
- Korporativ nömrə və danışıq limiti
- Servis xidməti (nəqliyyat təminatı)
- Peşəkar təlim və inkişaf imkanlar
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Keyfiyyətə Nəzarət üzrə Mütəxəssis" yazaraq Müraciət Et düyməsində yerləşən poçt ünvanına göndərmələri xahiş olunur.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.