Təsvir
- Satış və marketinq strategiyaları üçün layihələrin tam həyat dövrünü idarə etmək.
- Çoxfunksiyalı komandaların (marketinq, satış, logistika) işəsalınmasını və rəhbərliyini həyata keçirmək.
- Yeni mağaza formatlarının və ya təcrübə mərkəzlərinin açılış layihələrinə rəhbərlik etmək.
- Layihə büdcəsini hazırlamaq, monitorinq etmək və idarə etmək.
- Əsas paydaşlarla (daxili və xarici) ünsiyyəti və tələbləri koordinasiya etmək.
- Xərclərin optimallaşdırılması və effektivliyin artırılması üçün proses yenidənqurma layihələrini həyata keçirmək.
- Yeni texnoloji həllərin (məsələn, ödəniş sistemləri, inventar idarəetməsi) tətbiqi layihələrinə nəzarət etmək.
- Layihə risklərini müəyyən etmək, qiymətləndirmək və azaltmaq.
- Satış kanallarının (onlayn və oflayn) inteqrasiyası üzrə layihələri idarə etmək.
- Layihə mərhələlərini və təhvil tarixlərini planlaşdırmaq və təmin etmək.
- Bütün layihə fəaliyyətləri üzrə hesabatlar və performans göstəriciləri hazırlamaq.
- Dəyişikliklərə və yeni bazar tələblərinə uyğun olaraq layihə planlarını dəyərləndirmək və yenidən tənzimləmək.
İş qrafiki: 5 gün, 09:00-18:00
Tələblər
- Ali təhsil – Biznesin idarə edilməsi, İqtisadiyyat, Maliyyə, Marketinq və ya əlaqəli sahələr;
- Layihələrin idarə edilməsi sahəsində 3+ il iş təcrübəsi;
- Pərakəndə satış, FMCG, marketinq, kommersiya və ya transformasiya layihələrində təcrübə arzuolunandır;
- Generativ AI alətləri (məsələn, ChatGPT, Microsoft Copilot və analoji həllər) ilə işləmək və onların layihə idarəetmə proseslərində effektiv tətbiqi üzrə praktiki bilik;
- MS Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı
- Böyük və çoxfunksiyalı komandaların koordinasiyası və layihələrə rəhbərlik etmək bacarığı;
- Layihə planlaşdırılması, büdcə idarəetməsi və risklərin idarə edilməsi üzrə biliklər;
- Analitik düşüncə və məlumatlar əsasında qərarvermə bacarığı;
- Güclü kommunikasiya, təqdimat və danışıqlar aparmaq bacarığı;
- Eyni anda bir neçə layihəni prioritetləşdirərək idarə etmək bacarığı;
- Nəticəyönümlülük, liderlik və yüksək məsuliyyətlilik.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Nahar təminatı
- Nəqliyyat xidməti
- Karyera yüksəlişi
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.