Təsvir
- Şirkətin layihələrinin, yeni mağaza açılışlarının və digər əməliyyat fəaliyyətlərinin planlaşdırılması və icra qrafiklərinin hazırlanmasını təmin etmək;
- Layihələrin icra mərhələləri üzrə ətraflı iş planları (timeline), resurs planları və fəaliyyət cədvəllərini hazırlamaq və yeniləmək;
- Layihələrin icra vəziyyətini mütəmadi izləmək, plan və fakt göstəricilərini müqayisə etmək və kənarlaşmaları analiz etmək;
- Gecikmə, resurs çatışmazlığı və digər layihə risklərini əvvəlcədən müəyyənləşdirmək, preventiv tədbirlər planı hazırlamaq və icrasına nəzarət etmək;
- Təchizat, tikinti, əməliyyat, logistika, satınalma və digər aidiyyəti struktur bölmələr arasında effektiv koordinasiyanı təmin etmək
- Resurslardan istifadənin səmərəliliyini qiymətləndirmək və optimallaşdırılması üzrə təkliflər hazırlamaq;;
- Layihələrin icrası ilə bağlı analitik hesabatlar, dashboardlar, təqdimatlar və idarəetmə qərarlarının qəbulunu dəstəkləyən məlumatlar hazırlamaq;
- Müxtəlif layihələrin prioritetləşdirilməsində iştirak etmək və resurs bölgüsünün optimallaşdırılmasını təmin etmək;
- Layihə sənədlərinin hazırlanmasını, yenilənməsini və arxivləşdirilməsini təmin etmək;
- Planlaşdırma proseslərinin təkmilləşdirilməsi üzrə təkliflər vermək və proseslərin optimallaşdırılmasında iştirak etmək;
Tələblər
- Ali təhsil (Layihələrin idarə olunması, Sənaye mühəndisliyi, Biznesin idarə edilməsi, İqtisadiyyat, Logistika və ya digər uyğun ixtisaslar üzrə);
- Planlama, layihələrin idarə olunması, əməliyyatların koordinasiyası sahəsində minimum 1 il iş təcrübəsi;
- Excel proqramını yüksək səviyyədə bilmək
- Microsoft PowerPoint proqramında peşəkar təqdimatlar hazırlamaq bacarığı;
- Məlumatların təhlili, KPI-lərin hazırlanması və hesabatların təqdim edilməsi sahəsində təcrübə;
- Vaxtın idarə olunması, prioritetlərin düzgün müəyyənləşdirilməsi və çoxsaylı layihələrin paralel idarə olunması bacarığı;
- Güclü ünsiyyət, koordinasiya və təqdimat bacarıqları;
- Azərbaycan dilini sərbəst, ingilis dilini isə orta və ya yaxşı səviyyədə bilmək üstünlükdür.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Nahar təminatı
- Servis ximdəti
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.