OBA marketlər şəbəkəsi OBA marketlər şəbəkəsi
  • 743
OBA marketlər şəbəkəsi

OBA marketlər şəbəkəsi

Multiline Retail

Maliyyə nəzarəti üzrə böyük mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Maliyyə nəzarəti üzrə böyük mütəxəssis

  • Deadline 30 July 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Şirkətin xərcləri və əməliyyat gəlirlərini faktiki göstəricilər əsasında analiz etmək, plan və hədəflərlə müqayisə edərək kənarlaşmaları müəyyənləşdirmək və səbəblərini təhlil etmək
  • Xərclərin təyinatına uyğunluğunu yoxlamaq, təxirəsalına biləcək və ya təkrarlanan xərcləri müəyyənləşdirmək, onların strategiyaya təsirini qiymətləndirmək
  • Maliyyə əməliyyatlarında nəzarət nöqtələri müəyyən edərək daxili nəzarət sistemlərinin qurulması və tətbiqinə dəstək vermək
  • Maliyyə pozuntularını, proses gecikmələrini və uyğunsuzluqları erkən mərhələdə aşkar etmək üçün monitorinq sistemlərini tətbiq etmək
  • Aylıq, rüblük və illik hesabatlar hazırlamaq, göstəriciləri vizual (qrafik/cədvəl) formada təqdim edərək rəhbərliyi məlumatlandırmaq
  • SAP, ERP və digər maliyyə sistemlərindən alınan məlumatların düzgünlüyünü yoxlamaq, məlumat keyfiyyətini artırmaq üçün avtomatlaşdırma imkanlarını təhlil etmək
  • Ödəniş axınları, əməliyyat dövriyyəsi və hesabat proseslərini optimallaşdırmaq üçün inkişaf yönümlü təkliflər irəli sürmək
  • Potensial maliyyə risklərini (kənarlaşmalar, əlavə xərclər, ləngimələr və s.) müəyyən etmək və onların qarşısını almaq üçün nəzarət planları hazırlamaq
  • Audit və digər nəzarət orqanları ilə əməkdaşlıq çərçivəsində məlumatların vaxtında və şəffaf təqdim edilməsinə nəzarət etmək
  • Digər şöbələrlə koordinasiyalı işləyərək məlumatların düzgünlüyünü təmin etmək və qarşılıqlı hesabat axınlarını sistemləşdirmək

Namizədə dair tələblər:

  • Ali təhsil (maliyyə, mühasibatlıq, audit və ya iqtisadiyyat sahəsində)
  • Maliyyə nəzarəti və ya audit sahəsində ən azı 4-5 il iş təcrübəsi
  • ACCA, CIMA, CPA kimi beynəlxalq maliyyə sertifikatlarının olması və ya davam etdirilməsi (üstünlükdür)
  • Power BI və ya digər vizuallaşdırma proqramlarında işləmək bacarığı üstünlükdür.
  • Microsoft Excel-də yüksək səviyyəli işləmək bacarığı (məlumatların təhlili, hesabatların hazırlanması və s.);
  • ERP və ya mühasibatlıq proqramları ilə işləmə bacarığı
  • Güclü analitik düşüncə və dəqiqlik
  • Komanda ilə işləmək və struktur daxilində effektiv kommunikasiya

Əlavə təminatlar:

  • Nahar;
  • Korporativ nömrə;
  • Servis xidməti;

İş qrafiki:

  • İş saatları 09:00 – 18:00;
  • Nahar fasiləsi: 13:00-14:00
  • Şənbə və Bazar istirahət günü.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Maliyyə nəzarəti üzrə böyük mütəxəssis" yazaraq Müraciət Et düyməsindəki mail adresinə göndərmələri xahiş olunur.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily10
  • Weekly588
  • Monthly2301