Vəzifə öhdəlikləri:
- Ticari malların sistemə tanıdılmasını həyata keçirmək
- Mallara dair məlumatların (barkod, ölçü, tədarükçü və s.) düzgünlüyünü yoxlamaq
- Məhsulun kateqoriya bağlılığını və qiymətlərini sistemə işləmək
- Barkodların əlavə edilməsi, silinməsi və yenilənməsini icra etmək
- Məhsul kartında yaranan problemləri araşdırmaq və aradan qaldırmaq
- Yeni məhsullar, endirimlər və xüsusi kateqoriyalı malları sistemə daxil etmək
- Malın logistik məlumatlarını və qabarit ölçülərini sistemə qeyd etmək
- Aktiv-passiv əməliyyatlarını aparmaq
- Aidiyyəti bölmələrin müraciətləri əsasında dəyişikliklər etmək
- İş fəaliyyətinə uyğun olaraq rəhbərlik tərəfindən verilən əlavə tapşırıqları icra etmək
Namizədə dair tələblər:
- Ali təhsil (iqtisadiyyat, idarəetmə və ya müvafiq sahələr üzrə)
- Müvafiq sahə üzrə 1 il iş təcrübəsi
- MS Office proqramları, xüsusilə Excel üzrə orta səviyyədə biliklər
- ERP və mal idarəetmə sistemləri üzrə biliklər (üstünlükdür)
- Diqqətlilik, məsuliyyətlilik, analitik düşüncə, operativlik, ünsiyyət bacarığı
Əlavə təminatlar:
- Gündəlik nahar təminatı
- Korporativ nömrə və danışıq limiti
- Servis xidməti (nəqliyyat təminatı)
- Peşəkar təlim və inkişaf imkanlar
İş qrafiki:
- İş saatları 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00
- Şənbə və Bazar istirahət günləri.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Məhsul Tanıtım Mütəxəssisi" yazaraq Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.