Vəzifə öhdəlikləri
- Mövcud proqram təminatları üzrə daxil olan istifadəçi sorğularını qəbul etmək, tələbləri icra etmək və proseslərin optimallaşdırılmasını həyata keçirmək
- Proqram təminatları üzrə gündəlik administrativ əməliyyatları icra etmək və sistem parametrlərinin düzgün işləməsini təmin etmək
- İstifadə olunan proqramların məlumat bazası (database) strukturunu analiz etmək və dəyişiklik ehtiyaclarını müəyyənləşdirmək
- Verilənlər bazası üzərində toplu məlumat əməliyyatlarını (bulk operations) icra etmək
- Proqram daxilində istifadə olunan hesabatların düzgün şəkildə formalaşdırılmasını təmin etmək və texniki dəstəyi göstərmək
Namizədə dair tələblər:
- Təhsil: Ali təhsil (İnformasiya texnologiyaları, Kompüter elmləri və ya əlaqəli sahələr üzrə)
- İş təcrübəsi: Müvafiq sahədə minimum 1 il iş təcrübəsi
- Verilənlər bazası (SQL) üzrə biliklər və sorğularla işləmə bacarığı
- ERP sistemləri ilə işləmə təcrübəsi (üstünlükdür)
- Texniki səviyyədə ingilis dili biliyi
- Detallara yüksək diqqət və sürətli templi mühitdə işləmək bacarığı
İş şərtlərimiz:
- İş saatları 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00
- Şənbə və Bazar istirahət günü.
- İş yeri: 8 Noyabr prospekti 15, Azure Business Centre
Əlavə təminatlar:
- Korporativ nömrə
- Nahar
- Servis xidməti.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.