Vəzifə öhdəlikləri:
- Satınalma əməkdaşları tərəfindən göndərilən günlük satış və endirim qiymətlərini sistemə daxil etmək
- Daxil edilən bütün kampaniyaların günlük və həftəlik yoxlanmasına nəzarət etmək
- Bazar araşdırma komandası tərəfindən təqdim olunan qiymət məlumatlarını yoxlamaq və sistemə düzgün daxil olunmasını təmin etmək
- Marketlərdəki iş yükünü nəzərə alaraq gündəlik endirim sayına nəzarət etmək, qeyri-funksional yüklənmənin qarşısını almaq
- Endirimlərlə bağlı kassada yaranan texniki problemləri operativ şəkildə araşdırmaq və həll etmək
Namizədə dair tələblər:
- Təhsil: Ali (Biznesin idarə olunması, Marketinq və ya digər uyğun sahələr üzrə)
- İş təcrübəsi: Müvafiq sahədə 2 il
- MS Excel proqramında yaxşı səviyyədə işləmə bacarığı
- ERP və ya digər müvafiq sistemlərlə işləmə təcrübəsi (üstünlükdür)
- Analitik və tənqidi düşüncə, Diqqətlilik, operativlik və məsuliyyətlilik bacarıqları
Əlavə təminatlar:
- Nahar
- Servis xidməti
- Korporativ nömrə
İş qrafiki:
- İş saatları 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00
- Şənbə və Bazar istirahət günləri
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Qiymət Dəyişimi üzrə aparıcı mütəxəssis " yazaraq göndərmələri xahiş olunur.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.