Satınalma üzrə kicik mütəxəssis

  • Истекает 17 апрель 2026

Təsvir

  • Anbardakı mal qalıqlarının mütəmadi monitorinqi, mal çatışmazlığının (out-of-stock) və ya artıq yükün qarşısının alınması.
  • Malların istehsal və son istifadə tarixlərinin izlənilməsi, müddəti bitməkdə olan məhsulların satışının sürətləndirilməsi üçün müvafiq şöbələrə məlumat verilməsi.
  • Satış dinamikası və anbar qalıqları əsasında ehtiyac duyulan mal miqdarının təyin edilməsi; çatdırılma müddətini (Lead Time) nəzərə alaraq yeni sifariş bəyanatlarının hazırlanması.
  • Xarici tədarükçülərlə yazışmaların aparılması, invoys, packing list və digər göndəriş sənədlərinin yoxlanılması.
  • Malların gömrük rəsmiləşdirilməsi üçün sənəd paketinin hazırlanması və prosesin izlənilməsi.
  • Satış proqnozlarına əsasən optimal stok səviyyəsinin qorunması və maya dəyərinin hesablanmasında iştirak.

Tələblər

  • Təhsil: Ali
  • Təcrübə: Minumum 1 il ( idxal üzrə arzu olunandır)
  • Dil bilikləri: Rus dili (sərbəst - Mütləq)
  • MS Office proqramlarında (xüsusilə Excel) yüksək səviyyədə işləmə bacarığı
  • İdxal prosedurları/əməliyyatları prosesləri üzrə bilik.
  • FMCG və ya retail sahəsində təcrübə üstünlükdür
  • Tədarükçülərlə yazışma və danışıqlar aparmaq bacarığı.
  • Detallara diqqət, analitik düşüncə

İş qrafiki: 5 gün- 09:00-18:00

Vakansiya növü - Tam ştat

İmtiyazlar

  • Nahar təminatı
  • Servis ximdəti

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily117
  • Weekly244
  • Monthly1374