OBA marketlər şəbəkəsi OBA marketlər şəbəkəsi
  • 632
OBA marketlər şəbəkəsi

OBA marketlər şəbəkəsi

Multiline Retail

Təlim və inkişaf şöbə müdiri

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Təlim və inkişaf şöbə müdiri

  • Истекает 4 январь 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Azərbaycanın böyük retail şəbəkəsi OBA Market MMC “Təlim və İnkişaf Şöbə Müdiri vakansiyası” üçün potensiallı namizədlər axtarışındadır! 

Biz nə təklif edirik?

  • Cəlbedici maaş paketi
  • Karyera imkanı üçün təlim və sertifikatlaşma imkanları
  • Əlavə sosial paketlər (Nahar, nəqliyyat, yanacaq kartı, parking və s.)

  Vəzifə öhdəlikləri

  • Şirkətin Öyrənmə və İnkişaf Siyasətinə əsasən təlim və inkişaf prosesinin təşkil edilməsini təmin etmək
  • Təlimlərin biznes ehtiyaclarının qarşılamasını və işçilərin xidməti fəaliyyətini inkişaf etdirməsini təmin etmək məqsədilə təşkilati, funksional və fərdi səviyyədə təlim ehtiyaclarını analiz etmək və İllik Təlim Planını tərtib etmək
  • Təlim Planına əsasən İllik Təlim Büdcəsini müəyyən etmək və səmərəli şəkildə idarə etmək
  • İşçilərin təlimlərə cəlbedilməsi və təlimlərdə iştiraklarının təmin edilməsi məqsədi ilə kommunikasiya strategiyası qurmaq
  • Mərkəz Təlim və İnkişaf Şöbəsi ilə bütün təşkilati inkişaf prosesləri barədə sıx əməkdaşlıq yaratmaq
  • İşçilərin səmərəli oriyentasiya və adaptasiya proqramlarını həyata keçirmək və təşkilinə nəzarət etmək
  • Daxili Təlimçilərin tapılması və inkişaf etdirilməsi ilə bağlı işlərin görülməsi
  • Təsdiq edilmiş səriştə və bacarıqlarının qiymətləndirilməsi nəticələrinə əsasən onların inkişaf planlarınını hazırlamaq və davamçı yetişdirmə proqramlarını həyata keçirmək
  • Şirkət üzrə İstedadların İdarəedilməsi proqramları ilə bağlı təkliflər vermək, onların hazırlnmasında və tətbiqində iştirak etmək işlənilməsində təkliflər vermək iştirak etmək
  • Təlimçilərin və təlimlərin effektivliyinin qiymətləndirilərək təkmilləşdirilməsi üçün tövsiyələr vermək
  • Təlimlərin İdarəedilməsi Sistemini(LMS) tətbiq etmək və idarə edilməsini təmin etmək
  • Şirkətin inkişafı üzrə zəruri olan siyasət, proses və prosedurların qurulmasında iştirak etmək.

Namizədə dair tələblər:

  • Təhsil səviyyəsi: Ali (İnsan resursları istiqaməti üzrə təhsili olan və sahə üzrə beynəlxalq sertifikatlara sahib olan namizədlərə üstünlük veriləcəkdir)
  • İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 3 il (Qida və Satış sektorunda Təlim tədris etmə bacarıqlarının olması)
  • Dil bilikləri: İngilis dili biliyi yaxşı səviyyədə (yazılı və şifahi ünsiyyət bacarığı);
  • Kompüter bilikləri: MS Office proqramlarında yaxşı səviyyədə biliklər (Word, Excel, PowerPoint və Outlook);
  • Ənənəvi və müasir təlim metodlarından istifadə bacarığı, təlim prosesini müasir tələblərə uyğun şəkildə idarə etmə qabiliyyəti
  • Təşəbbüskar və yeni ideyalar təklif etmə bacarığı
  • Effektiv ünsiyyət bacarığı, əla səviyyədə təşkilatçılıq və  təqdimetmə bacarıqları
  • Yenilikçi, aktiv və komandada işləmək bacarığı   

İş qrafiki:

  • İş saatları 09:00 – 18:00
  • Nahar fasiləsi: 13:00-14:00
  • Şənbə və Bazar istirahət günü.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “ Təlim və İnkişaf Şöbə Müdiri " yazaraq göndərmələri xahiş olunur.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily0
  • Weekly351
  • Monthly1989