Təsvir
- ƏDV, ÖMV və digər vergi bəyannamələrini hazırlamaq və elektron qaydada təqdim etmək
- Vergi orqanları ilə rəsmi yazışmaları aparmaq və daxil olan sorğuları vaxtında cavablandırmaq
- Vergi ilə bağlı bütün maliyyə əməliyyatlarını ERP sisteminə düzgün və vaxtında işləmək
- Kreditor və debitor öhdəliklərini analiz etmək və aylıq hesabatlar hazırlamaq
- Tədarükçülərlə qarşılıqlı hesablaşmaları aparmaq, ödənişlərə və sənədləşməyə nəzarət etmək
- Nəzarət-kassa aparatları və POS-terminal sifarişi, qeydiyyatı və istifadə proseslərini icra etmək
Tələblər
- Ali təhsil (Mühasibatlıq, Maliyyə, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə)
- Vergi və mühasibatlıq sahəsində minimum 1 il iş təcrübəsi
- Vergi Məcəlləsini və mühasibat uçotunun təşkili ilə bağlı qanunvericiliyi bilmək
- Rəsmi hesabatları, xüsusilə ƏDV bəyannamələrini hazırlamaq və təqdim etmək təcrübəsi
- Elektron portallarla (e-taxes, kabinet.gov.az və s.) işləmək bacarığı
- MS Excel proqramında orta səviyyədə işləmə bacarığı
- Dəqiqlik, analitik düşüncə və məsuliyyətlilik
- Komanda ilə işləmək və operativ qərarvermə bacarığı
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.