Vəzifə Öhdəlikləri:
- ƏDV, ÖMV və digər vergi bəyannamələrini hazırlamaq və elektron qaydada təqdim etmək
- Vergi orqanları ilə rəsmi yazışmaları aparmaq və daxil olan sorğuları vaxtında cavablandırmaq
- Vergi ilə bağlı bütün maliyyə əməliyyatlarını ERP sisteminə düzgün və vaxtında işləmək
- Kreditor və debitor öhdəliklərini analiz etmək və aylıq hesabatlar hazırlamaq
- Tədarükçülərlə qarşılıqlı hesablaşmaları aparmaq, ödənişlərə və sənədləşməyə nəzarət etmək
- Nəzarət-kassa aparatları və POS-terminal sifarişi, qeydiyyatı və istifadə proseslərini icra etmək
Namizədə dair tələblər:
- Ali təhsil (Mühasibatlıq, Maliyyə, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə)
- Təcrübə: Minimum 1 il (Vergi və mühasibatlıq sahəsində)
- Vergi Məcəlləsini və mühasibat uçotunun təşkili ilə bağlı qanunvericiliyi bilmək
- Rəsmi hesabatları, xüsusilə ƏDV bəyannamələrini hazırlamaq və təqdim etmək təcrübəsi
- Elektron portallarla (e-taxes, kabinet.gov.az və s.) işləmək bacarığı
- MS Excel proqramında yaxşı səviyyədə işləmək bacarığı
- Dəqiqlik, analitik düşüncə və məsuliyyətlilik
Əlavə Təminatlar:
- Nahar Təminatı
- Korporativ Nömrə
- Servis Xidməti
İş qrafiki:
- İş saatları 09:00 – 18:00
- Nahar fasiləsi: 13:00-14:00
- Şənbə və Bazar istirahət günü
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Vergi Uçotu üzrə Mühasib" yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.