Vəzifə Öhdəlikləri:
- Xərc sənədlərini aidiyyəti strukturdan təhvil almaq və icra tarixlərinə uyğun olaraq aylar üzrə sistemdə düzgün əks etdirmək
- Xərcləri təyinatına əsasən (inzibati, admin, kapitallaşma) qruplaşdırmaq
- Cari ilə üzləşmə etdikdən sonra ödəniş üçün aidiyyəti strukturla koordinasiyanı təmin etmək
- Xərcləri təhlil etmək, mümkün problemləri vaxtında aşkar etmək və rəhbərliyə məlumat vermək
- Xərclərin düzgün mühasibat uçotunu aparmaq və sənəd axınını düzgün şəkildə təşkil etmək
- Cavabdeh olduğu hesablar üzrə qalıqların düzgünlüyünə daimi nəzarət etmək
Namizədə dair tələblər:
- Təhsil: Ali (Maliyyə, Mühasibatlıq sahəsində)
- Təcrübə: Müvafiq sahədə minimum 1 il iş təcrübəsi
- Kompüter bilikləri: MS Office proqramlarında (xüsusilə Excel) yaxşı səviyyədə;
- Logo mühasibatlıq proqramı ilə işləmə təcrübəsi (üstünlükdür)
- Analitik düşünmə və detallara diqqət, Statistika ilə işləmə bacarığı
Əlavə Təminatlar:
- Günlük nahar ilə təminat
- Servis xidməti (nəqliyyat təminatı)
- Korporativ nömrə və danışıq limiti
İş rejimi:
- İş saatları: 09:00 – 18:00
- Nahar fasiləsi: 13:00 – 14:00
- İş qrafiki: Şənbə və Bazar istirahət günləridir
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Xərclər üzrə Mühasib" yazaraq Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.