Satış təmsilçisinin əsas fəaliyyəti yeni korporativ müştərilər cəlb etmək və onlara xidmət etməklə əlaqədardır.
Vəzifə öhdəlikləri:
- Gündəlik daxil olan sorğuların e-mail və digər məlumat kanallardan cavablandırılması;
- Anbar qalığı əsasında sifarişlərin hazırlanması və yerli təchizatçılara yönləndirilməsi;
- Satınalma prosseduruna uyğun olaraq məhsulların alınması və mövcud olan ERP proqramı üzərindən anbara düzgün giriş olunması ;
- Satınalınan məlların səmərəli şəkildə alışının təmin olunması;
- Mövcud təchizatçı bazası ilə işin aparılması və yeni təchizatçılarla əlaqələrin qurulması;
- İş axınına uyğun olaraq digər tapşırıqlarının yerinə yetirilməsi
Tələblər:
- Təchizat və ya satınalma şöbəsində minimum 1 il iş təcrübəsi
- Rus və ingilis dil bilikləri arzuolunandır;
- ERP proqramlarla işləmə bacarığı;
- Analitik düşünmə və düzgün qərar verə bilmə bacarığı
- Stressə və iş yükünə davamlılıq
İş şəraiti:
- Azərbaycan Respublikası əmək məcəlləsinə uyğun sənədləşmə
- İş yeri: Bakı şəhəri, Sabunçu rayonu, Bəşir Bünyadov 3T (Koroğlu metro stansiyasının yaxınlığında)
- İş qrafiki: 09:00-18:00
- Nahar və korporativ nömrə şirkət tərəfindən təmin olunur
- Əmək haqqı: 600 – 700 AZN + BONUS (Əmək haqqı namizədə uyğun razılaşma əsasında)
Müraciət etmək üçün:
- Namizədlər CV-lərini “Satınalma üzrə mütəxəssis” başlığını qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.