Satış təmsilçisi

  • Deadline 9 Oktyabr 2024
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş haqqında:

“Office Lines” MMC 20 ildən çox təcrübə ilə ölkəmizdə ofis və iş yeri təchizatı (dəftərxana, təsərrüfat, təmizlik, quru qida, ofis və çap texnikası və s.) üzrə fəaliyyət göstərən peşəkar şirkətdir. Satış təmsilçisinin əsas fəaliyyəti yeni korporativ müştərilər cəlb etmək və onlara xidmət etməklə əlaqədardır. 

Vəzifə öhdəlikləri:

  • Təyin olunmuş satış planlarına əsasən “Office Lines” MMC -ni təmsil edərək aylıq satış hədəfləri yerinə yetirmək;
  • Yeni müştərilərin axtarışı, cəlb edilməsi və müqavilələrin imzalanma prosesinə rəhbərlik etmək;
  • Mövcud müştəri bazasını idarə etmək, sənədləşmə, hesabların yazılması, borcların gecikmədən ödənilməsinə nəzarət etmək, müvafiq dəstək göstərmək;
  • Müştəri ehtiyaclarını qarşılamaq üçün texniki heyət və digər daxili işçilərlə aparılan işlərdən məlumatlı olmaq və dəstək olmaq;
  • Müştərilərə məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat verilməsi;
  • Müştərilərlə sıx əlaqədə olmaq, onların ehtiyac və tələblərini analiz etmək;
  • Satışın inkişaf etdirilməsi və optimallaşdırılması üçün təkliflər hazırlayıb təqdim etmək;
  • Ünsiyyət prosedurlarına, qaydalarına və siyasətinə riayət etmək;
  • Şirkətə aid məlumatın məxfiliyinin qorunması;
  • Əmək funksiyalarının icrasını təmin etmək məqsədi ilə birbaşa və şöbə rəhbərləri tərəfindən verilən şifahi, yazılı göstərişlərin və mövcud şirkətdaxili qaydaların icrası.

Tələblər:

  • Təcrübə: Korporativ satış və müştəri xidməti sahəsində ən azı 1 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan, (Rus və İngilis dilləri arzuolunandır)
  • Kompüter bacarıqları: Outlook, Excel, Word, Power Point tətbiqi proqramlarında işləmə bacarığı;
  • 1C və Bitrix24 proqramlarında işləmə bacarığına üstünlük verilir;
  • Təşəbbüskarlıq, operativlik, punktuallıq və kreativlik;
  • Gündəmi izləmək, analiz etmək və yüksək qiymət araşdırması aparmaq qabiliyyəti;
  • Şifahi və yazılı ünsiyyət qurmaq, işgüzar danışıqların aparılması və təqdimat etmək bacarıqları;
  • Komanda isə işləmək bacarığına sahib olmaq

İş şəraiti:

  • Azerbaycan Respublikasının əmək məcəlləsinə uyğun sənədləşmə
  • İş yeri: Bakı şəhəri, Sabunçu rayonu, Bəşir Bünyadov 3T (Koroğlu metro stansiyasının yaxınlığında)
  • İş qrafiki: 09:00-18:00
  • Nahar və korporativ nömrə şirkət tərəfindən təmin olunur
  • Əmək haqqı: 700  – 1200 AZN +  BONUS (Əmək haqqı namizədə uyğun razılaşma əsasında)  

Müraciət etmək üçün:

  • Namizədlər CV-lərini “Satış təmsilçisi” başlığını qeyd etməklə, [email protected] elektron ünvanına göndərə bilərlər.  
  • Daily0
  • Weekly600
  • Monthly507