Komandamıza məsuliyyətli və kreativ Mebel Dizayneri axtarırıq.
Namizədə dair tələblər:
- Ali təhsil (Memarlıq və ya Dizayn ixtisası üzrə üstünlük verilir)
- AutoCAD, 3Ds Max və Bazis-Mebelşik proqramlarında işləmək bacarığı (ilkin səviyyə də qəbul olunur)
- Texniki çizim və layihələndirmə bacarığı
- Mebel istehsalı və materiallar haqqında ümumi biliklər
- Azərbaycan dili (rus və ya ingilis dili biliyi üstünlükdür)
- Mebel sahəsində iş təcrübəsi arzuolunandır
- Detallara diqqət, məsuliyyət və dəqiqlik
- Ünsiyyət və təqdimat bacarıqları
- Komandada işləmək və vaxtın düzgün idarə olunması bacarığı
Qeyd: Memarlıq və ya Dizayn ixtisası üzrə məzun olmuş, lakin təcrübəsi olmayan namizədlər də sınaq müddəti ilə nəzərdən keçirilə bilər.
Vəzifə öhdəlikləri:
- Layihələrin AutoCAD proqramında hazırlanması və texniki çizimlərin tərtibi
- Ölçülərin dəqiq götürülməsi və layihələrin istehsalata uyğunlaşdırılması
- Müştəri tələblərinə uyğun 3D vizual layihələrin hazırlanması
- Mebel konstruksiyalarının hazırlanması və optimallaşdırılması
- İstehsalat prosesi ilə koordinasiya və layihələrin düzgün icrasına nəzarət
- Müştərilərlə görüşlərin keçirilməsi və ehtiyacların düzgün müəyyən edilməsi
- Material və aksesuar seçimində iştirak
- Layihələrin vaxtında və keyfiyyətlə təhvil verilməsinin təmin edilməsi
Şərait:
- İş qrafiki: B.e–Cümə 09:00–18:00, Şənbə 10:00–16:00
- Əmək haqqı: 700–1000 AZN (təcrübədən asılı olaraq)
- İş yeri: Nərimanov rayonu,Aşıq Molla Cümə 46 B (yeni adı Zaur Nürəddinov) ,7 saylı Asan xidmətin yanı
Müraciət:
Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “Mebel dizayneri" adını qeyd edərək Müraciət Et düyməsində göstərilən elekton poçt ünvanına göndərməyiniz xahiş olunur.