İş şəraiti
Sahə : İstehsalat, təhlükəli yüklərin daşınması
Əmək haqqı: 1285 AZN (gross)
İş rejimi: qanunvericiliyə uyğun olaraq
Vəzifə öhdəlikləri:
Dispetçer və rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirərərk yüklərin təhlükəsiz və vaxtında daşınmasını təmin etmək
Yük avtomobillərinin təmizliyi, texniki vəziyyətinə gündəlik nəzarət etmək və nasazlıqları vaxtında texniki heyətə bildirmək
Təyin olunmuş marşrut üzrə yükləri düzgün və məsuliyyətlə çatdırmaq
Yol hərəkəti qaydalarına və şirkətin təhlükəsizlik standartlarına ciddi riayət etmək
Sənədlərin düzgün şəkildə doldurulması, qəbul və təhvili
Tələblər:
Etibarlı C1E,CE kateqoriyalı sürücülük vəsiqəsi
Yükdaşıma sahəsində minimum 3 il iş təcrübəsi
Yük maşınlarının idarə olunmasında təcrübə
Məsuliyyətli, intizamlı və etibarlı olmaq
Uzun məsafəli səfərlərə və regionlara ezam olunmağa hazır olmaq
Minimum yaş həddi – 38-60 yaş
Üstünlüklər:
ADR sertifikatı və yaxud xüsusi sürücülüklə bağlı təlim mərkəzlərində təlim keçmiş namizədlərə üstünlük verilir
Sürücülükdə qəzasız və intizamlı tarixçəsi olan şəxslərə üstünlük verilir
Texniki biliklərin olması əlavə üstünlükdür
Qeyd: Sumqayıt, Abşeron və Xırdalan şəhərində yaşayan, vakansiya tələbinə cavab verən namizədlərə üstünlük veriləcəkdir. Vakansiya ilə bağlı müraciət üçün CV formasını Müraciət et düyməsində qeyd olunan elektron poçt [email protected] ünvanına mövzu yerinə “Sürücü” yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur.