Spa Supervisor

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Spa Supervisor

  • Deadline 1 Oktyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş şəraiti

  • Şöbə: Spa
  • İş yeri: Olive Spa Center
  • İş rejimi: Tam iş günü
  • İş qrafiki: Həftədə 5 gün, gündə 9 saat

Vəzifə haqqında

  • Olive Spa Center komandamıza spa fəaliyyətinin gündəlik işini peşəkar şəkildə təşkil və idarə edə biləcək, məsuliyyətli və təcrübəli Spa Supervisor (bəy namizəd) axtarır.
  • Namizəd spa mərkəzinin gündəlik əməliyyatlarına nəzarət etməli, xidmət keyfiyyətinin yüksək səviyyədə saxlanılmasını təmin etməli və komandaya rəhbərlik etməlidir.

Əsas vəzifə və öhdəliklər

  • Spa mərkəzinin gündəlik fəaliyyətinə nəzarət etmək;
  • İşçi heyətinin fəaliyyətini koordinasiya və idarə etmək;
  • Müştərilərin qarşılanması və yüksək səviyyədə xidmət göstərilməsini təmin etmək;
  • Xidmət standartlarına və daxili qaydalara riayət olunmasına nəzarət etmək;
  • Müştəri müraciət, irad və şikayətlərini peşəkar şəkildə həll etmək;
  • Spa otaqları və ümumi ərazidə təmizlik, səliqə və xidmət standartlarına nəzarət etmək;
  • İş qrafiklərinin hazırlanmasında və komandanın iş bölgüsündə iştirak etmək;
  • Xidmətlərin düzgün və vaxtında göstərilməsini təmin etmək;
  • Gündəlik əməliyyatlar və işçi fəaliyyəti ilə bağlı hesabatların hazırlanmasına nəzarət etmək;
  • Anbar, məhsul və spa ləvazimatlarının istifadəsini və mövcudluğunu izləmək;
  • Müştəri məmnuniyyətinin yüksək səviyyədə saxlanılmasını təmin etmək;
  • Rəhbərliyin verdiyi digər tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirmək.

Namizədə tələblər

  • Spa, hotel və ya gözəllik sənayesində minimum 2–3 il iş təcrübəsi;
  • Supervisor və ya rəhbər vəzifəsində əvvəlki iş təcrübəsi üstünlükdür;
  • Azərbaycan dilində sərbəst danışıq bacarığı;
  • İngilis və rus dillərini servis səviyyəsində bilmək;
  • Güclü ünsiyyət və liderlik bacarıqları;
  • Komandanı idarə etmək və motivasiya etmək bacarığı;
  • Müştərilərlə düzgün və peşəkar ünsiyyət qurmaq;
  • Problem həll etmə və operativ qərarvermə bacarığı;
  • Məsuliyyətli, intizamlı, diqqətli və stressə davamlı olmaq;
  • Xarici görünüşünə və şəxsi gigiyenasına diqqət yetirmək;
  • Növbəli iş qrafikində işləməyə hazır olmaq.

Arzuolunan xüsusiyyətlər

  • Spa xidmətləri və prosedurları haqqında məlumatlı olmaq;
  • Satış və müştəri xidməti sahəsində təcrübə;
  • Komanda idarəçiliyi və iş bölgüsü üzrə bacarıqlar;
  • Yüksək xidmət mədəniyyətinə və müştəri məmnuniyyətinə fokuslanmaq.

Biz nə təklif edirik

  • Rəqabətədavamlı əməkhaqqı;
  • Peşəkar və inkişaf yönümlü iş mühiti;
  • Karyera və peşəkar inkişaf imkanları;
  • Stabil və mehriban komanda;
  • Peşəkar bacarıqların inkişaf etdirilməsi üçün imkanlar.

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini “Spa Supervisor” mövzu başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına təqdim edə bilərlər.

İş yeri: Olive Spa Center

  • Daily0
  • Weekly361
  • Monthly247