İşin təsviri:
- Gündəlik cari sosial media post dizaynlarının hazırlanması və lazım olan ölçülərə adaptasiyası;
- Hazırlanmış cari kampaniya Key Visual-larının digital və çap ölçülərinə adaptasiyası;
- Verilən brief çərçivəsində araşdırma aparmaq və müvafiq dizayn həllərinin verilməsi;
- Komandaya vizual materiallar və dizayn layihələrində dəstək verilməsi;
- Olivia Beauty & Care-in vizual kimliyinə uyğun dizayn elementlərindən istifadə etmək və lazım olduqda yeni qaydalar və komponentlər yaradılması;
Tələblər:
- Qrafik dizayn və brendin vizual təmsili sahəsində minimum 1 il və ya daha artıq təcrübə;
- Rəng, tipoqrafika, estetika və satış yönümlü dizayn biliklərinin olması;
- Gündəlik iş yükü üzrə vaxtın düzgün idarə olunması;
- Tapşırıqların vaxtında tamamlanmasını təmin etmək;
- Texniki dizayn biliklərinin olması üstünlükdür;
- Adobe Creative Suite (Photoshop, Illustrator, inDesign) alətlərindən sərbəst istifadə bacarığı;
Qeyd olunan tələblərə uyğun namizədlər Müraciət Et düyməsində göstərilən link-ə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.