Merçendayzer

  • Deadline 19 Fevral 2026

Təsvir

  • Vitrinlərin yerləşim standartlarına və vizual tərtibata riayət olunmasına nəzarət edilməsi;
  • Alıcıların diqqətini cəlb etmək üçün yeni məhsulların düzgün yerləşdirilməsinin koordinasiyası;
  • Məhsul yerləşdirilməsinin effektivliyinin təhlili və satışları artırmaq üçün təkliflərin hazırlanması;
  • Mövsümi və tematik təqdimatların planlaşdırılması üçün digər şöbələri ilə əməkdaşlıq edilməsi;
  • Gözəllik və baxım sahəsində merçendayzinq trendlərinin və tətbiqlərinin izlənməsi.
  • Məhsulların düzülüşü haqqında mağaza personalına təlimlərin keçirilməsi.
  • Yerləşim standartlarına və vizual tərtibata riayət olunmasına nəzarət edilməsi;

İş şəraiti:

  • İş qrafiki: I-V iş günləri;
  • İş saatları: 10:00-19:00
  • Əmək haqqı: 800 Azn GROSS

Tələblər

  • Azərbaycan dili biliyi səlis, rus dili biliyi arzuolunandır;
  • Kosmetika sahəsində satış təcrübəsi min 6 ay;
  • Ezamiyyətə hazırlıqlı olmalıdır;
  • Merçendayzinqin qaydaları üzrə müvafiq biliklər;
  • Tez öyrənmək və uyğunlaşmaq bacarığı;
  • Dəqiq və diqqətli işləmə bacarığı;
  • Kommunikasiya qura bilmə bacarığı

Sən də bizim komanda üzvü olmaq istəyirsənsə sadəcə Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərsən.

  • Daily3
  • Weekly113
  • Monthly1545