Təlimçi Olivia (Kosmetika və baxım)

  • Истекает 1 май 2026

Təsvir

  • Məhsullar üzrə məlumatların toplanması və təlim materiallarının hazırlanması;
  • Keçirilən təlimlərin qeydiyyatının və izlənməsinin aparılması;
  • Təlim iştirakçılarının məhsullar haqqında ətraflı məlumatlandırılması;
  • Əməkdaşlara düzgün satış texnikaları üzrə təlimlərin keçirilməsi;
  • Satış komandasına effektiv və düzgün satış texnikalarının öyrədilməsi və tətbiqinin təmin edilməsi;
  • Satış komandası üçün davamlı inkişaf və təkmilləşdirmə təlimlərinin təşkili və keçirilməsi;
  • Təlim nəticələri barədə iştirakçıların və onların birbaşa rəhbərlərinin məlumatlandırılması;
  • Mağaza komandaları və məhsul menecerləri ilə sıx əməkdaşlıq edilməsi;
  • Brendlər tərəfindən keçilən təlimlərin təşkil olunması.

Tələblər:

  • Ali təhsil (arzu olunandır)
  • Təlimçi və ya satış sahəsində (kosmetika və baxım) minimum 1-2 il iş təcrübəsi mütləqdir;
  • Azərbaycan və rus dillərini yüksək səviyyədə bilmək, ingilis dili biliyi arzuolunandır
  • Kosmetika və baxım məhsulları üzrə dərin biliklər
  • MS Office proqramlarında işləmə bacarığı
  • Komanda ilə işləmə bacarığı
  • Yüksək ünsiyyət və təqdimat bacarıqları
  • Ezamiyyələrə açıq olmaq
  • Təlim keçmək bacarığı, detallara diqqətlilik və yüksək kommunikasiya qabiliyyəti

İş şəraiti:

  • İş günləri: I-V günlər;
  • İş saatı: 09:00-18:00;
  • Əmək haqqı: Fix + KPİ %

Sən də bizim komanda üzvü olmaq istəyirsənsə sadəcə Müraciət et düyməsində qeyd olunan link vasitəsi ilə keçid edə bilərsən.

  • Daily26
  • Weekly430
  • Monthly814