Ərazi: Yusifbəyli, Şərq Bazar, Radiozavod, Binə, Mərdəkan
Region üzrə: Sumqayıt
Dinamik inkişaf edən komandamıza Təmizlik işçisi vəzifəsi üzrə məsuliyyətli və səliqəli əməkdaş dəvət edirik.
Vəzifə öhdəlikləri:
- İş günü ərzində mağazanın təmizliyini və səliqəsini tələb olunan səviyyədə təmin etmək;
- Vitrin, rəf və digər mağaza ərazilərinin təmizliyini həyata keçirmək;
- Mağazanın açılışına qədər ticarət zalını, inzibati əraziləri və sanitar qovşaqları təmizləmək və havalandırmaq;
- Təsdiq edilmiş qrafikə uyğun olaraq sanitar qovşaqların və ticarət zalının təmizliyini yoxlamaq;
- Aşkar edilmiş təmizlik və səliqə ilə bağlı çatışmazlıqları operativ şəkildə aradan qaldırmaq;
- İş zamanı müştərilərin ticarət zalında sərbəst hərəkətinə mane olmamaq;
- Müştərilərlə ünsiyyətdə gülərüz və mehriban davranmaq;
- Təsdiq edilmiş iş formasına və xarici görünüş tələblərinə riayət etmək;
- Rəhbərliyin tapşırıq və göstərişlərini vaxtında və dəqiq yerinə yetirmək;
- İş gününün sonunda mağazanı təmiz və səliqəli vəziyyətdə təhvil vermək;
- Daxili intizam qaydalarına riayət etmək.
Namizədə tələblər:
- Yaş həddi: 30–50 yaş;
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Natamam orta və ya orta təhsil;
- Təmizlik vasitələri və avadanlıqlarından düzgün istifadə qaydalarını bilmək;
- Məsuliyyətli, səliqəli və intizamlı olmaq;
- Fiziki işə uyğun olmaq.
Əmək şəraiti:
- Əmək haqqı: 500–600 AZN;
- 6 günlük iş rejimi;
- Nahar şirkət tərəfindən qarşılanır;
- Bonus və əlavə imtiyazlar mövcuddur.
Əlaqə - 055 500 91 00