Vəzifə öhdəlikləri:
- Aviabiletlər üzrə daxil olan bütün sorğuları operativ şəkildə icra etmək;
- Gündəlik satışlar üzrə hesabatlar aparmaq və onları qüsursuz şəkildə müvafiq məlumat bazasına daxil etmək;
- Rezervasiyada olan dəyişiklik və ləğv edilmiş uçuşlar barədə müştəriləri operativ məlumatlandırmaq;
- Aviabiletlərin bronlaşdırılması və yazılması, tarix dəyişikliyi və qaytarılması qaydalarını əla səviyyədə bilməli;
- İnternetdən aktiv istifadə və sürətli axtarış bacarığı;
- Səlis və işgüzar danışıq bacarığı.
Tələblər:
- Amadeus,Galileo NDC sistemlərdə biletlərin bronlaşdırılması,yazılması,qaytarılması və dəyişdirilməsi proseslərinin həyata keçirilməsi;
- Qrup biletlərinin yazılması və rəsmiləşdirilməsi;
- İş təcrübəsi: 1 ildən 3 ilədək;
- Məsuliyyət, dəqiqlik, düzgünlük və kreativlik;
- Dil bilikləri: Azərbaycan və rus dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığı, ingilis dili arzu olunandır;
- Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
- Yaranan problemləri tez bir zamanda həll etmək bacarığı;
- Peşəkar inkişafa can ataraq, nəticələrə və yüksək gəlir yönümlü işin qurulması bacarığı.
İş rejimi:
- Həftənin 5 günü 09:00-dan 18:00-dək / 10:00-dan 19:00-dək, Şənbə günü 10:00-dan 15:00-dək;
- Korporativ nömrə ilə təmin edilmə;
- Əmək haqqı 700-1000 manat (namizədin təcrübəsinə görə maaşa individual baxıla bilər);
- Satışlardan komissiya;
- Karyera inkişafı.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Əlaqə: +994 55 510 51 51