Vəzifə öhdəlikləri:
- Tikinti materiallarının (sement, armatur, elektrik və s.) qəbulunu sənədlər əsasında həyata keçirmək;
- Saxlanma rejimi, təhlükəsizlik və salamatlıq şərtlərinə riayət olunmasına nəzarət etmək
- Anbara gələn sifarişlərin mövcud olub-olmamasını yoxlamaq, daxil olan mal və yükləri qeydiyyata almaq və digər proseslər üçün sistemdə müvafiq əməliyyatlar aparmaq;
- Anbar uçotunu (mal-materialın qəbulu və təhvili) düzgün aparmaq;
- Anbarda mal və materialların müvafiq sistem ,ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini təmin etmək;
- Bütün mal dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında olmasını təmin etmək, istisnalar barədə dərhal məlumat vermək;
- Verilən materialların sənədlərini (tələbnamə, qaimə və s.) düzgün rəsmiləşdirmək;
- Material itkilərinin, çatışmazlıqların və israfın qarşısını almaq;
- Aşkar edilən uyğunsuzluqlar barədə dərhal rəhbərliyə məlumat vermək;
- Təchizatçılardan materialların qəbulunda iştirak etmək;
- Tikinti sahəsinə materialların təsdiqlənmiş tələblər əsasında verilməsini təmin etmək;
- Anbarda səliqə-sahmanı və təhlükəsizlik qaydalarına əməl olunmasını təmin etmək;
- Rəhbərliyə və mühasibatlığa material hərəkəti üzrə məlumat təqdim etmək;
- Anbar avadanlıqlarının saz vəziyyətdə saxlanmasına nəzarət etmək;
- Köhnəlmiş, zərər görmüş və yararsız olmuş mal -materialları təyin etmək və onlar barədə müvafiq izahatı bir başa rəhbərinə məlumat vermək;
- Anbarla bağlı sənədləri vaxtında və düzgün hazırlamaq;
· Sifarişlər əsasında malların düzgün bölgüsünü aparmaq, anbar stokunda yoxlama aparmaq və yalnız mövcudluq təsdiqləndikdən sonra 1C proqramı və ya elektron məktub vasitəsilə buraxılışını icra etmək.
Tələblər:
- Ali təhsil;
- Anbar sahəsində minimum 1 – 3 il iş təcrübəsinə malik olmaq;
- MS Office proqramları və 1C üzrə yaxşı səviyyədə biliklər;
- Anbar uçotu və material hərəkətinin (mal-materialın qəbulu və təhvili) düzgün aparılması bacarığı;
- Qaimə, tələbnamə və anbar sənədləri ilə işləmə bacarığı;
- Sahə mühəndisləri və mühasibatlıqla effektiv əməkdaşlıq.
İş barədə əlavə məlumat:
- İş yeri: Bakı şəhəri
- İş qrafiki: 6 günlük;
- Əmək haqqı: Razılaşma əsasında.
Tələblərə cavab verdiyiniz halda CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Emailin mövzu hissəsində: “Anbardar” qeyd edilməlidir.